Əsas Səhifə > Şou-biznes > "Onlar səhnəyə "kupalnik"də çıxırlar, mən namusumu çöldə qoymamışam ki...”
"Onlar səhnəyə "kupalnik"də çıxırlar, mən namusumu çöldə qoymamışam ki...”26-04-2022, 08:44 |
“Hələ ki, əməliyyat olmamışam, sözün düzü fikrim var idi, sonradan imtina etdim. Səhnə adamı əməliyyat etdirməlidir. İndi səhnə adamı olmayanlar, evdar xanımlar gedib əməliyyat etdirirlər. Onlar ki, səhnə adamı deyillər. Bizim səhnəmizə gözəllik yaraşır. Xanımlar da ömür boyu gözəl olmaq istəyirlər. Allahın verdiyi əzaları dəyişdirmək günah sayılır, amma indi heç bir qadın qocalmaq istəmir”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı bildirib. O daha sonra toy bazarından danışıb. “Azərbaycanda mən elə bilirəm ki, acından ölən yoxdur, hamı bir parça çörəyini tapıb dolanır. Bizdə də toylar olanda vəziyyətimiz yaxşı olur, toylar dayanan kimi sudan çıxmış balıq olub çapalayırıq. Hərhalda Allah ac qoymur, dolandırır. Bilirsiniz ki, mən naşükür insan deyiləm. Heç kimin qapısını döymürəm. İndi bir çox müğənnilərə hədiyyələr göndərirlər. Bizim cavan vaxtımızda hədiyyələr yox idi, sənətimizin arxasınca düşmüşdük. Elə bilmişik ki, hər zaman sənətimizlə pul qazana biləcəyik. İndi bir az yaşa dolmuşuq deyə bizə baxan yoxdur, cavanlar bizim heyfimizi çıxırlar. Əfsuslar olsun ki, düzlər düzdə qalır. Biz də düzdə qalmışıq, istifadə etməmişik” deyə müğənni bildirib. Samirə Yusifqızı geyimini tənqid edənlərə də cavab verib. “Geyimlə insana qiymət verməkdənsə, heç verməsələr ondan yaxşıdır. İnsanın ədəbi, əxlaqı, mənliyi, tərbiyəsi onun geyimindən asılı deyil. Biz səhnə adamlarıyıq. Müəyyən dərəcədə açıq-saçıq da geyinə bilərik, çünki bizə baxan tamaşaçıların zövqünü oxşamalıyıq. Təbii ki, bizim geyimimiz müzakirəyə səbəb olur. Qoy olsun! Əvvəllər həmin şərhləri oxuyurdum, indi heç vecimə də deyil. Kim nə istəyirsə yazsın. Belə də ki, Samirənin əskisi tüstülü olub. Nə qədər çox danışırlarsa, danışsınlar. Açıq da, bağlı da geyinsəm mən həmin Samirəyəm. Nə əxlaqımı, nə namusumu çöldə qoymamışam. Mənim yaşımdan da böyük olan müğənnilərimiz səhnəyə kupalnikdə çıxırlar. Onlar üçün deyilmir, mənim üçün deyilir?! Qoy deyilsin, canları sağ olsun” deyə müğənni bildirib. Samirə Yusifqızı sənətdəki planlarından da danışıv. “Meyxana aləmində qadın olmayıb, mən yeganə qadınam. Rəhim Saraylının bacısı olub, o da rəhmətə gedib. Meyxana mənim fitri istedadımdır, Allah tərəfindən verilən vergimdir. Oqtayla hal-hazırda yeni duetlər üzərində işləyirik, bir az maddiyata görə qalmışdıq. Birlikdə məclislərə dəvət alırıq, gedirik də. Bizə maraq azalmayıb, əksinə çoxalıb. Efirlərdə meyxana haqda verilişlər də çox azalıb. Bu sənət tək bizə aiddir. Çox heyf ki, son illərdə bu sənəti dırnaqarası meyxanaçılar əskitdilər, kiçiltdilər, meyxananı ucuzlaşdırdılar. Bu dəqiqə meyxana kənarda qalıb” deyə Samirə Yusifqızı bildirib. Geri qayıt |