Əsas Səhifə > Şou-biznes > “Arada gəzib, söz aparanları Allaha tapşırıram”
“Arada gəzib, söz aparanları Allaha tapşırıram”20-04-2022, 08:53 |
“3 ildir ki, Çingizlə danışmırdıq. Arada anlaşılmazlıq baş vermişdi, məndən ona, ondan da mənə söz aparıb çatdırıb, aramızı vurmuşdular. Lalə Azərtaşın “Təsir dairəsi” verilişində ekspert qismində qonaq olurdum. Çingiz də həmin verilişdə ekspert idi. Lalə görürdü ki, bizim ünsiyyətimiz yoxdur, ayrı-ayrı yerlərdə otururuq. Çingizin əməliyyat olunmasını eşidən kimi verilişin əməkdaşları ilə birlikdə onun yanına getməyə qərar verdik. Getdik, danışıb aramızdakı soyuqluğu aradan qaldırdıq. Sağ olsun Xəzər TV ailəsi, xüsusilə də Lalə xanım”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nahidə Orucova deyib. O daha sonra əlavə edib. “Mən teatrda o vaxt Hacıbaba Bağırovla tərəf müqabili idim, indi onun bütün rollarını Çingiz oynayır. İstər-istəməz Çingizlə tərəf müqabili olurdum, danışmasaq da heç nə olmamış kimi tamaşada birlikdə oynayırdıq. Əgər sənətçilər öz aralarında danışmırlarsa bunun tamaşaçıya heç bir aidiyyatı yoxdur, tamaşa tamaşadır! Mən küsülü qala bilmirəm, xüsusilə də Çingizlə. Çingiz mənim üçün xüsusi bir insandır, teatrda yanım boş qalmışdı. Çünki sıralarımızdan onsuz da çoxu gedib, biz bir dövrün insanlarıyıq. Mən Çingizin özü üçün, zarafatları üçün çox darıxırdım” deyə aktrisa bildirib. Nahidə Orucova daha sonra teatrdakı mühitdən danışıb. “Teatrda dedi-qodu, qeybət qırmaq, arxaca danışmaq normal haldır. Kimsə kiminləsə yaxındırsa, küsən kimi gedib o biri insana səndən nəsə bir söz deyir. Nə kiminsə arxasınca danışmıram, nə də dedi-qodunu sevmirəm. Həmişə məndən ona-buna söz çatdırırlar, halbuki heç mənim xəbərim də yoxdur. Həmkarlarım kiminsə arxasınca danışanda mən durub gedirəm ki, işim var, heç eşitmək də istəmirəm. Söhbətin üstü açılanda deyəcəklər ki, orada kim var idi? Deyəcəklər ki, Nahidə! Deməyəcəklər ki, başqası da olub, çünki mənim daşım ağırdır. Mən əvvəl belə hallara çox əsəbləşirdim, indi ciddiyə almıram. Kim-kimə söz çatdırıbsa, özü bilsin, Allahı bilsin. Onsuz da həyat bumeranqdır, qayıdıb başlarına dəyəcək. Deyirəm ki, danışmırsansa, heç vecimə də deyil, cəhənnəmə danış. Həmişə barışığa mən cəhd etmişəm. Zaman elə fırlanıb gəlir ki, qazdıqları quyuya özləri düşür. Mən o insanları Allaha tapşırıram, sabah mənə nəsə olsa heç kim gəlib cavab verməyəcək. Ona görə də övladım üçün yaşamalıyam” deyə aktrisa bildirib. Aktrisa bildirib ki, bir az çəki alıb. “Bir az çəki almışam, hamı deyir ki, belə yaraşır. Son aylar çox çəki atmışdım, halsız olurdum, tez-tez xəstələnirdim. Həm də bu görünüş mənə yaraşmırdı. Pandemiyada xəstəxanaya düşəndə çoxlu vitamin qəbul etdim, sən demə heç orqanizmimdə vitamin yox imiş. O vitaminlər məni bir az kökəltdi. Çalışacam ki, bundan artıq kökəlməyim, bu çəkidə qalım” deyə aktrisa bildirib. Geri qayıt |