Əsas Səhifə > Şou-biznes > Ülviyyə Alovlu məhkəməyə məcburi gətiriləcək
Ülviyyə Alovlu məhkəməyə məcburi gətiriləcək6-04-2022, 09:38 |
Aprelin 4-də Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Muradovadan (Ülviyyə Alovlu) xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə iclası baş tutub. DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ü.Alovlu məhkəmə iclasında iştirak etməyib. Bu səbəbdən də Ülviyə Alovlunun məhkəməyə məcburi gətirilməsi, Yasamal Rayon Polis İdarəsinə təkrar tapşırıq verilməsi barədə təkrarən qərar çıxarılıb. Qeyd edək ki, F. Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü. Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılıb. Tərəflər arasında qalmaqala F. Kərimovanın videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?!” fikirlərinə Ü.Alovlunun sərt reaksiyası və aşağıda işlətdiyi bu sözlər səbəb olub: “Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” deyə, fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi?..” Geri qayıt |