Əsas Səhifə > Şou-biznes > "Bu gün efirlərdə olan müğənnilərin əksəriyyəti toyda oxuyanlardır"

"Bu gün efirlərdə olan müğənnilərin əksəriyyəti toyda oxuyanlardır"


4-04-2022, 09:06
"Bu gün efirlərdə olan müğənnilərin əksəriyyəti toyda oxuyanlardır"
“Təbii ki, doğum günlərində insan sevinir, ətrafında sevdiyi şəxsləri görmək istəyir. Yaşımın üstünə yaş gəlsə də doğum günümü sevirəm. Ən yaddaqalan ad günümü 1996-cı ildə qeyd etmişəm. O vaxt sənət dostlarım, Nüsrət Kəsəmənli, Cavanşir Quliyev, Baloğlan Ərşəfov, Zöhrə Abdullayeva və s. sənətçilər gəlmişdilər. Mənə deyirdilər ki, “Ruhəngiz bizim küknar ağacımızdır, heç vaxt dəyişmir”. dia-az.site xəbər verir ki, bunu Moderator.az-a doğum gününü qeyd edən sevilən müğənni, əməkdar artist Ruhəngiz Musəvi bildirib. Sənətkar daha sonra əlavə edib.

“Təəssüflər olsun ki, bu gün efirlərdə olan müğənnilərin əksəriyyəti toyda oxuyanlardır. Onlara efir lazımdır, bilirsiniz niyə? Çünki onlar oxumasalar yaddan çıxarlar, toy tuta bilməzlər. Mən efirlərə çıxmasam da heç vaxt yaddan çıxmaram. Sağ olsunlar, efirlər bu gün də məni dəvət edir, hörmət bəslədiyim aparıcıların verilişlərinə gedirəm” deyə müğənni bildirib.

Ruhəngiz Musəvi dəfələrlə estetik əməliyyat etdirən həmkarlarından da danışıb.

“Estetik əməliyyatlara pis baxmıram, ola bilər ki, kiminsə qüsuru var və buna görə kompleks yaşayırsa bir dəfə əməliyyat etdirə bilər. Amma dəfələrlə əməliyyat etdirən şəxslər mənə çatmır. Özlərini qorxunc günə qoyublar. Hər şeyi trend ediblər, indi artıq əməliyyatlar da trendə çevrilib. Hamı bir-birinə oxşayır, üz eyni, dodaq eyni, qaş eyni. İnsanın təbii halı hər şeydən gözəldir! Bəzən sual verirlər ki, Ruhəngiz xanım, heç bir dəfə də əməliyyat keçirməmisiniz? Deyirəm ki, heç bir əməliyyat keçirməmişəm, fikrim də yoxdur. Buna ehtiyac görmürəm, məni bu cür, təbii sevirlər. Mən özüm də təbiiliyə üstünlük verirəm” deyə sənətkar bildirib.

Geri qayıt