Əsas Səhifə > Şou-biznes > “Mənim nə güc-qüvvəm var ki, adam döyüm, niyə müğənniləri küsdürürsünüz?”
“Mənim nə güc-qüvvəm var ki, adam döyüm, niyə müğənniləri küsdürürsünüz?”2-04-2022, 08:45 |
“Günahkaram ki, televiziyada bir söz deyim, veriliş bitməmiş o dəqiqə saytlara, sosial şəbəkələrə manşet oluram. Elə bil məni güdürlər. Mənim görkəmim, səsim hər zaman marağa səbəb olub. Onsuz da ürəkləri necə istəyir, elə də yazırlar. Həqiqətən də sənət insanlarına qarşı bəzi saytlar, instaqram səhifələri düşmən kimi davranır. Bunların bir axırına çıxan olacaqmı? Kimdir bunlara nəzarət edən? Onların haqqı yoxdur ki, sənət insanlarını küsdürsünlər”. dia-az.site xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova bildirib. O daha sonra toyda adam döyməsinə münasibət bildirib. “Mən adam döyməmişəm, sadəcə özümü müdafiə etmişəm. Götürüb elə başlıqla yazıblar, elə şəkilimi manşet ediblər ki, elə bil cinayətkaram. O insan özünü apara bilmirdi, ona sadəcə başa salmışam, onu özümdən kənarlaşdırmışam! Mən adam döyənəm? Nə gücüm, qüvvəm var ki, adam döyüm?! Axı insanlarda bilmir, götürüb ağızlarına gələn rəyləri yazırlar. Niyə müğənniləri gözdən salırlar? Müğənni də insandır, xalqa xidmət edir. Bunu başqa mənada yazan insanlar Azərbaycan mədəniyyətinin düşmənləridir. Onlar məhkəməyə verilsə, ağır işlərə məhkum ola bilərlər. İndiki cəmiyyətdə, zəmanədə səmimi olmaq lazım deyil. Gərək hər şeyi gizlədəsən. Əgər sual verilməsəydi heç bunu danışmazdım. Lazımsız bir sual və açıqlama idi. Mən bilmədim ki, bu reytinq xatirinədir. Mən artıq lazımlı ünvana da öz cavabımı demişəm” deyə müğənni əsəbini bu sözlərlə bildirib. Qeyd edək ki, “7 canlı” verilişində Firuzə İbadova toyda onunla oynamaq istəyən şəxsi özündən uzaqlaşdırdığını bildirmişdi. Geri qayıt |