Əsas Səhifə > Şou-biznes > Putinin "şəxsi müğənnisi" onu Ukraynadakı müharibəyə görə pisləyib və...
Putinin "şəxsi müğənnisi" onu Ukraynadakı müharibəyə görə pisləyib və...1-04-2022, 09:16 |
dia-az.site moderator.az-a istinadla xəbər verir ki, Rusiyanın əvvəllcə Ukraynada müharibəsini pisləməkdən imtina edən və "Metropolitan Opera" ilə müqavilədən məhrum olan opera müğənnisi və Putunin sevimli ifaçısı Anna Netrebko müharibə əleyhinə çıxış edərək Vladimir Putindən məsafə saxlamağa qərar verib. "Mən Ukraynada müharibəni qətiyyətlə pisləyirəm, mənim düşüncələrim bu müharibənin qurbanları və onların ailələrinin yanındadır, - Netrebko özünün "Facebook" səhifəsində ingilis dilində yazıb (yeri gəlmişkən, bu sosial şəbəkə Rusiyada ekstremist adlandırılaraq bloklanıb). - Mənim mövqeyim aydındır. Mən hər hansı siyasi partiyanın üzvü və Rusiyanın hər hansı liderinin müttəfiqi deyiləm. Mən etiraf və təəssüf edirəm ki, mənim əvvəlki bəyanatlarım və hərəkətlərim düzgün anlaşılmaya bilərdi. Əslində mən prezident Putinlə həyatımda cəmi bir neçə dəfə, o cümlədən mənim sənətimlə bağlı mükafatların təqdim edilməsi və Olimpiadanın açılışı mərasimlərində görüşmüşəm. Mən heç vaxt Rusiya hökumətindən hər hansı maliyyə dəstəyi almamışam, Avstriyada yaşayıram və vergi rezidentiyəm. Mən öz vətənimi, Rusiyanı sevirəm və yalnız öz sənətimlə sülh və birlik axtarıram". Əvvəllər Putinin seçkilərdə etiabarlı şəxsi olaraq müğənni Avropada bir neçə konsertinin anonsunu edib. Ehtimal ki, o, əmindir ki, belə etiraf ona dünyanın ən yaxşı səhnələrinə dönməyə imkan verəcək. Fevralın 28- də, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Metopolitan Opera teatrı Anna Netrebko ilə bütün münasibətləri kəsib. Teatrın bəyanatında deyilirdi ki, bu münasibətlər Rusiya müharibəyə son qoymayınca və Ukraynaya vurduğu zərəri ödəməyincə bərpa edilməyəcək. Bu səbəbdən də onunla Bavariya dövlət operası da münasibətlərə xitam verib. Metropolitan Operanın Nyu- Yorkdakı nümayəndələri bəyan edib ki, hələlik öz qərarına yenidən baxmağa hazır deyil. "Biz Annanın paylaşımını oxumuşuq, amma hələlik öz mövqeyimizi dəyişməyə hazır deyilik, - DW nəşri Metropolitan Operasının direktoru Piter Qelbin sözlərindən iqtibas gətirib.- Əgər Anna uzunmüddətli perspektivdə özünün ciddi surətdə Putindən tamamilə uzaqlaşdığını nümayiş etdirərsə, mən bu söhbətə hazır olacağam". DW- nin dərc etdiyi yazıda həmçinin xatırlanır ki, uzun illər ərzində Anna Netrebko Kremlyönlü baxışları ilə seçilib, 2014- cü ildə isə əllərində bayraq üzdəniraq Novorossiyada fotoşəkillər çəkdirib. Maraqlıdır ki, Rusiyanın RİA Novosti agentliyi öz dərcində yalnız bu faktı xatırlayıb ki, Netrebko "öz vətənini sevir" və konsert fəaliyyətini bərpa edir. Geri qayıt |