Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı məşhur müğənni BOŞANDI

Azərbaycanlı məşhur müğənni BOŞANDI


28-03-2022, 10:41
Azərbaycanlı məşhur müğənni BOŞANDI
Azərbaycanlı müğənni Günel Məhərrəmova həyat yoldaşından ayrılıb. dia-az.site lent.az-a istinadla xəbər verir ki, ifaçı “Həmin Zaur” verilişində bildirib ki, xəyanətə görə boşanıb:

"Deyə-deyə boşatdınız, eyib deyil. Mənəm-mənəm deyən insanların qızları 2-3 dəfə boşanıb. Mən ondan çox bərk incimişəm, küsmüşəm. Onun da səbəbi var. Bir şeyi görmüşəm, tutmuşam və bağışlamıram".

Xatırladaq ki, G.Məhərrəmova 2010-cu ildə İlkin adı qohumu ilə ailə qurub.

Qeyd edək ki, Günel bundan öncəki açıqlamasında bunları demişdi: "Yoldaşım Kiyevdə, mən burda yaşayıram. Rəsmən boşanmasaq da, amma artıq fikirləşirəm ki, bu münasibət çox getməyəcək. Artıq özüm də bir çox qərarlar vermişəm. Oğlum da görür hər şeyi. Məsələn, ad günü olur, atası heç onu təbrik belə etmir. Ona görə artıq qərarlarımı vermişəm".

Geri qayıt