Əsas Səhifə > Şou-biznes > "Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir?"

"Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir?"


26-03-2022, 11:05
"Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir?"
Əməkdar artist Sevda Ələkbərzadə İçərişəhərdə keçirilən konsertdə müğənni Türkan Vəlizadənin çıxış etməsini tənqid edib.

Müğənni daha bir paylaşım edərək məsələ ilə bağlı geniş açıqlama verib. O bildirib ki, bu cür mahnının İçərişəhərdə səsləndirilməsi yanlışdır:

"Mənim adımı heç kiminki ilə birgə hallandırmayın, şəklimi paylaşmayın. Mən oradakı ifaçını tanımıram. Azərbaycanın mədəniyyət, Vaqif Mustafazadə, xalçaçılıq ocağında, bir çox turistlərin olduğu yerdə belə musiqi səsləndirilməsi məni dəhşətə gətirdi. Bu Azərbaycanın ən əsas, gözəl Novruz bayramında olan bir konsertdir. Lap turistlər yox, azərbaycanlı insanlar, uşaqlar gəlir. Zövqdən danışırıq, belə bir musiqi səslənə bilər? Biz avtovağzalda, taksidə, bazarda hansı musiqi gedir danışmırıq. Biz İçərişəhərdə, Novruz bayramında olan musiqidən danışırıq. Mənim sözüm onlaradır ki, bu işlə kim məşğul olur? Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir? Əgər ona musiqi demək olarsa".

Qeyd edək ki, S.Ələkbərzadə şəhərdə konsertdən bir ifaçı paylaşaraq, mahnını tənqid etmişdi. Sözügedən mahnı Türkan Vəlizadənin "Ağlıma bir ad gəlir" ifası olub.



Geri qayıt