Əsas Səhifə > Şou-biznes > "Başqa heç nə hiss eləmədim"
"Başqa heç nə hiss eləmədim"25-03-2022, 09:06 |
“Mən Novruz bayramını ailəmlə birlikdə kəndimizdə qeyd etdim”. dia-az.life xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar artist Yusif Məmmədəliyev söyləyib: “Balalarım, nəvələrimlə orada oldum. Başqa heç nə hiss eləmədim. Kəndimizdə dədə-baba adətimizlə hamımız məzarlığı ziyarət etdik, sonra bir yerə toplaşdıq. Hər gün bir-birimizin evində olduq. Dedik-güldük hər zamanki kimi. Fərqli birşey olmadı. Bayram şirniyyatlarını da qızlarımız, gəlinlərimiz özləri bişirdi, hazırladı. Novruz şirniyyatını da özümüz bişirməyib mağazadan alsaq, nə ləzzəti olacaq?” Geri qayıt |