Əsas Səhifə > Şou-biznes > "Zelenski ilə bir neçə dəfə iş birliyimiz olub"

"Zelenski ilə bir neçə dəfə iş birliyimiz olub"


24-03-2022, 10:38
"Zelenski ilə bir neçə dəfə iş birliyimiz olub"
Zelenski mənə “Azərbaycanı qəhraman bir xalq olaraq tanıdığını bildirdi”-bu sözləri Bizim.Media-ya verdiyi müsahibədə Zelenskinin video çarxına çəkilən azərbaycanlı aktyor Fuad Cabbarlı söyləyib. dia-az.site onun Bizim.Media-ya verdiyi müsahibəni təqdim edir:

- Fuad bəy, mümkünsə öz keçmişiniz barədə bizə məlumat verin.

- Azərbaycanda çoxlarının tanımadığı, lakin dünya səhnəsinə çıxmış bir Şuşalıyam. Dubayda ərəb şeyxi rolundan, ta Hollivud filmlərində qanqster rolunadək kinoda yaratdığım obrazlarla dünya kinosuna kiçik də, olsa imza atmışam. Azərbaycanı dünyada təmsil edən aktyor olmaq yaratdığım obrazlarla Azərbaycan adını dünyaya tanıtmaq məni çox fərəhləndirir. 9 il xarici ölkələrdə yaşamama rəğmən Vətənə çox bağlı olduğum üçün geri döndüm.

- Gənc yaşda Şuşalı bir qaçqının dünya ulduzları ilə eyni səhnəni bölüşməyə doğru gedən yolu sizin üçün çətin olmadı?

- İnanın səmimiyyətimə yaşadığım bütün çətinliklərə baxmayaraq içimi didən yeganə məqam Şuşanın işğalda olması idi. Elə vaxtlar olurdu ki, günlərlə işığımız olmurdu. Məcburi köçkün kimi uşaqlığım Ağcabədidə çadır şəhərciyində keçib. Yağış yağarkən yer palçıq olurdu deyə bəzən ayağım palçığa elə yapışırdı ki, dartıb çıxara bilmirdim. Ancaq hər şeyə rəğmən, çiraq və ya şam işığı ilə də olsa həmişə dərslərimi yaxşı oxumuşam. Oxumaq bütün hallarda yardımçım olub. Hollivud filmlərində isə Robert Hammand Patrick məşhur «Terminator 2» filmində baş rollarda birində A. Şvarsneqrin düşməni rolundakı aktyor, dünyanın rusiyalı döyüşçü kimi tanıdığı İngiltərəli Scott Adkins və başqa məşhurlarla müxtəlif zamanlarda iş birliklərimiz olub. Bu məşhurlar sırasında Mel Gibson kimi Hollivud nəhəngi də var idi. Baxmayaraq ki, o ikinci Qarabağ müharibəsində bizə əks mövqe sərgilədi. Ancaq biz görüşərkən Azərbaycanlı olduğumu deyəndə mənə Azərbaycan haqqında xeyli məlumatlı olduğunu vurğuladı. İnanıram ki, mənim bu gün Hollivud ilə olan əlaqələrim, gələcəkdə Şuşada dünya səviyyəli film çəkməyimizə öz töhfəsini verəcək.

- Bəs necə oldu ki xəyallarınızdakı Hollivuddakı fəaliyyətinizi yarımçıq qoyub vətənə qayıtdınız? Hazırda harada çalışırsınız?

- Mükəmməl insan olaraq qəbullandığım, Əhməd bəy Ağaoğlu Reneyə etiraz edib Vətənə qayıtdığı kimi mən də öz öyrəndiklərini Vətənimdə həmyerlilərimlə bölüşməyi düşünürdüm.

Xəyallarım Hollivudun yox, vətənim üzərində qurulmuşdu. Şuşa Azərbaycanın azadlıq simvoludur. Çox sevinirəm ki, işğaldan sonra Şuşa mədəniyyət paytaxtımız seçildi. Bir Şuşalı kimi orada çalışmaq mənim üçün də çox xoş olardı. Baxmayaraq ki, bu barədə heç bir təklif almamışam.

Hollivud istehsalı filmlərdə çəkilmiş -yaradıcı bir insanın bu gün Bakıda fəaliyyətsiz qalması heç kimə maraqlı deyil. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi operativ olaraq xaricdə təcrübə keçmiş azərbaycanlıların əməyindən istifadə etməyə çalışmalı və onları, o cümlədən də məni milli mədəniyyətimizin inkişafı üçün işə cəlb etməlidir. Necə deyərlər «Bacarıq və təcrübəmlə Vətənə xidmət etməyə hazıram».

- Çəkilişlərdə olduğunuz məşhurlar arasında Ukraynanın hazır ki, prezidenti V.Zelenski də olub. Bu necə baş verdi?

- Cənab V.Zelenskinin prezidentliyə namizədliyi zamanı videoçarx çəkimi üçün mən də kastinqlərə, sonra isə çəkilişlərə dəvət almışdım. Çəkilişlər zamanı demək olar ki, bir neçə dəfə görüşdük.

Zelenski ilə bir neçə dəfə iş birliyimiz olub. Onlardan biri də cənab 2020-ci ildə Ukrayna xalqına "Yeni il təbrikidir". Video çarxda mən də Azərbaycanlı(müsəlman) olaraq onu dəstəklədiyimi ifadə edirəm.

Çəkilişlərdən birində Zelenski mənə yaxınlaşdı və söylədi ki, necə də yaraşıqlısınız, saqqalınızı sanki əl ilə düzülüb. Mən isə təşəkkür etdim. Bir az söhbətləşəndən sonra haralı olduğumu soruşdu. Mən Azərbaycanlı olduğumu söylədim. Həmən əlini çiynimə qoyub, Azərbaycanı çox sevdiyini və Azərbaycanı qəhraman bir xalq olaraq tanıdığını bildirdi.

O, zaman bilməzdim ki, azərbaycanlıların qəhrəman olduğunu həmişə vurğulayan cənab Zelenski məhz özü nəyinki Ukraynanın, bütün dünyanın qəhrəmanlıq simvoluna çevriləcək.

Fürsətdən istifadə edərək vaxtilə yaşadığım Ukraynaya humanitar yardım göstərən Azərbaycan xalqına və müharibənin dayandırılması üçün səy göstərən cənab prezientimiz İ. Əliyevə təşəkkür edirəm.

Geri qayıt