Əsas Səhifə > Şou-biznes > "Nə mədəniyyət Nazirliyi, nə də anamın bir sənət dostu mənə başsağlığı verməyib"
"Nə mədəniyyət Nazirliyi, nə də anamın bir sənət dostu mənə başsağlığı verməyib"14-03-2022, 08:54 |
“Nə mədəniyyət Nazirliyi, nə də anamın bir sənət dostu mənə başsağlığı verməyib. Mədəniyyət Nazirliyi anamın sağlığında, xəstə vaxtında onunla maraqlandı ki, öləndə də baş sağlığı versin? Anam dünyasını dəyişəndə tək qaldım, hər şeyi özüm təkbaşına etmişəm. Anama qulluq edirdim, gəzə bilmirdi, ağırlaşmışdı, ayaqları şişmişdi. Ona hər şey etdim, halal xoşu olsun. Xəstəxanaya yerləşdirəndə dedim ki, ana narahat olma, gəlib sənə dəyəcəyəm. Səhəri gün yanına gedəndə həkim dedi ki, istəyirsən yuxudan oyadım, onunla görüş. Dedim ki, yox qoy yatsın, sabah gəlib onu görərəm. Elə oldu ki, gecə xəstəxanadan zəng etdilər ki, tez özünü çatdır, anan deyəsən keçinir”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Elmira Əliyevanın oğlu Elbrus Əliyev bildirib. O daha sonra əlavə edib. “Mənim anam hər zaman Azərbaycan mədəniyyətinə xidmət edib. Ana itkisi mənim üçün çox ağırdır. Atamla anam uzun illərdir ayrılıblar, indi atamın da səhhəti yaxşı deyil. Düzdü, atamla əlaqələrim qalmayıb, amma anamın itkisindən xəbəri var. Anamın ən böyük arzusu mənim toyumu görmək idi, çox təəssüf ki. görmədi. Arzu edirdi, deyirdi ki, səni evləndirsəydim heç olmasa nəvə görərdim. Ev şəriatimiz yaxşı olmadığı üçün evlənə bilmirdim. Anamı evdə tək qoyub işə gedirdim. Evdə pişik var idi, anam deyirdi ki, pişiyi evə sal, heç olmasa yanımda qalsın. Çox qorxurdu, deyirdi ki, yıxılsam heç kim kömək etməz. Anam dünyasını dəyişəndən həmin pişik onun yatağından düşmür” deyə müğənninin oğlu bildirib. Geri qayıt |