Əsas Səhifə > Şou-biznes > “Həkimə gedə bilmirəm, dərmanlar da baha, 500 manatla necə yaşayım?”

“Həkimə gedə bilmirəm, dərmanlar da baha, 500 manatla necə yaşayım?”


10-03-2022, 11:07
“Həkimə gedə bilmirəm, dərmanlar da baha, 500 manatla necə yaşayım?”
“2 ilə yaxındır ki, Şüvəlanda yaşayıram. Pandemiyada gəlib oturdum burada. Sağ olsun dostlarım məni tək qoymurlar. 56 il “Azərbaycanfilm” kinostudiyasında çalışmışam. Prezidentin əmri var idi ki, 65 yaşından sonra insanlar təqaüdə çıxsın, iş yerlərini tərk etsinlər. Mən yenə də işləyirdim, gördüm ki, kinostudiyada bir yenilik yoxdur, iş getmir, çıxıb oturdum evdə. İş yoxdursa niyə orda qalım ki? Son 7 ildə orada Kino yayım şöbəsinin müdiri vəzifəsində çalışmışam. Əmək haqqı da ala bilmirdik”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Ənvər Həsənov deyib. O daha sonra əlavə edib.

“Kino üçün çox darıxıram, ürəyim partlayır. Amma mən bu günkü serial və filmlərdə çəkilə bilmərəm. Həmin obrazlar mənlik deyil. Seriallarda saqqallı aktyorları görən gözüm yoxdur. Molla saqqallı olar, aktyor yox! Əgər obraz bunu tələb edirsə mütləq şəkildə saqqal olmalıdır, əks halda imic üçün aktyor saqqal saxlamamalıdır. Bizim vaxtımızda saqqal saxlamaq olardı? İndi aktyorlar qadın paltarı geyinir, özlərinə sinə qoyurlar! Bizim qürurumuz, adət ən-ənəmiz var. Bu illər ərzində 70 filmim olub. Bu filmlərdən 50-də aktyor kimi, 20-də isə rejissor kimi çalışmışam. Mən ən xoşbəxt günləri elə o illərdə yaşamışam. Mənim təkcə “Yeddi oğul istərəm” filmim 128 ölkəni gəzib, nümayiş olunub. Bu gün də filmlərimi efirdə göstərəndə telefonlarım susmur, o qədər insan zəng edib mənə xoş sözlər söyləyir ki. Məni yaşadan bu hisslərdir. Qışqırırıq ki, müasirləşmişik! Kino reallıqdır, kompyuterlə kino çəkmirlər. Müasirlik odur ki, köhnəni saxlayaraq ona yeni nələrsə əlavə edə biləsən. Biz keçmişimizi unutsaq, daha nə oldu?! deyə aktyor bildirib.

Xalq artisti sosial vəziyyətinin heç də ürəkaçan olmadığını bildirib.

“Vallah həkimə gedə bilmirəm, dərmanlar da bahadır. 500 manatla mən necə yaşaya bilərəm?! Oğlum da xəstədir, qızım da. Kommunal xərclər də öz yerində. Dövlət tərəfindən bütün diqqət və qayğılarla əhatə olunmuşam. Amma çox istərdim ki, prezident təqaüdünə də layiq görülüm. Xəstəliyimə görə heç verilişlərə də çıxmaq istəmirəm. İstəyirəm ki, tamaşaçılar məni ilk gördükləri kimi yadlarında saxlasınlar. Mənim də 1-2 il ömrüm qalıb da” deyə aktyor bildirib.

Geri qayıt