Əsas Səhifə > Şou-biznes > "Əvvəllər danışa bilmirdim, başım və bədənim tez-tez əsirdi"

"Əvvəllər danışa bilmirdim, başım və bədənim tez-tez əsirdi"


8-03-2022, 08:58
"Əvvəllər danışa bilmirdim, başım və bədənim tez-tez əsirdi"
Tanınmış aktrisa Naibə Əlibəyovanın səhhətində problemlər yaranıb. DİA.AZ xəbər verir ki, moderator.az-a açıqlama verən aktrisa müalicə olunduğunu bildirib.

“Bir neçə gündür ki, başımdakı şişlə əlaqədar müalicə olunuram. Xəstəliyim beynimə təsir edir. Sağ olsun “Bizimləsən” verilişi, Zaur Baxşəliyev, onlar təmənnasız mənim müalicəmi edirlər. Artıq illərdir ki, bu xəstəlikdən əziyyət çəkirəm. Əvvəllər danışa bilmirdim, başım və bədənim tez-tez əsirdi. Həkim o vaxt dedi ki, sənin başında şiş var, get onu götürsünlər. Başımdakı şişi 6 il əvvəl götüzdürmüşəm, amma yenə də fəsadları qalıb” deyə aktrisa bildirib.

Naibə Əlibəyova sənət dostu, aktyor Arif Quliyevdən də danışıb.

“Arifdən danışa bilmirəm. Arif Quliyev məni sənət barədə yetim qoydu. Allah ona qəni-qəni rəhmət etsin. Yaxşı insan, dost və tərəf müqabili idi. Mənim çətin günlərimdə hər zaman yanımda olub, amma indi yoxdur. O məni bir an olsun belə tək buraxmırdı. Xəstəliyimi biləndə də yanımdan əl çəkmədi. Bir sözlə əsl dost idi” deyə aktrisa bildirib.

Geri qayıt