Əsas Səhifə > Şou-biznes > "Ümid edirəm ki, Ukrayna bu müharibədən üzü ağ çıxacaq"

"Ümid edirəm ki, Ukrayna bu müharibədən üzü ağ çıxacaq"


4-03-2022, 09:58
"Ümid edirəm ki, Ukrayna bu müharibədən üzü ağ çıxacaq"
"Ukraynanın suverenliyini dəstəkləyirəm. Ümid edirəm ki, Ukrayna bu müharibədən üzü ağ çıxacaq”. DİA.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Faytonçu Nazim Ukrayna-Rusiya arasında gedən müharibədən danışarkən deyib. Sənətçi hər bir müharibənin, açılan silahın insan itkisi olduğunu deyib:

"Biz Ukraynanın yanındayıq. Müharibə çox acınacaqlı bir şeydir. İstəməzdim ki, müharibələr olsun. Hər bir müharibə ölüm, insan itkisi deməkdir. Biz müharibəni öz ölkəmizdə görmüşük. Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi zamanı gördük, onun dəhşətlərini yaşadıq. Nə qədər gənc oğlanlarımız, vətəndaşlarımız torpaq uğrunda şəhid oldu. Hələ nə qədər də qazilərimiz var. Onların anaları gözü yaşlı qaldı”.

Faytonçu Nazim əlavə edib ki, Ukrayna-Rusiya arasında gedən müharibədə hər gün ölənlərin sayı artır, binalar dağılır:

"İnsanlar illərlə qurduğu evindən, məmləkətindən qaçaq düşür. Onların gələcəyini də düşünmək lazımdır".

Geri qayıt