Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənnilərə Rusiya toylarına getmək qadağan edilib?

Azərbaycanlı müğənnilərə Rusiya toylarına getmək qadağan edilib?


1-03-2022, 09:20
Azərbaycanlı müğənnilərə Rusiya toylarına getmək qadağan edilib?
Pandemiya dövründə ölkədə toyların keçirilməsi qadağan olunduğu üçün bir çox yerli müğənnilər Rusiya, Gürcüstan və digər ölkələrdəki toylara üz tutmağa başladılar. Hazırda ölkədə toyların keçirilməsinə icazə verilsə də, bəzi müğənnilər hələ də Moskva toylarının sevimliləridir və bu ənənə dəyişmir. Lakin son günlərdə Rusiya-Ukrayna hərbi münaqişəsinin gərgin hal aldığını nəzərə alsaq, toyların keçirilməsi sual altına düşür.

Bəs görəsən yerli sənətçilər bu vəziyyət haqqında nə düşünür? Rusiyadan bu günlərdə toy təklifi alıblarmı? DİA.AZ xəbər verir ki, müğənni Afət Fərmanqızı Bizim.Media-ya açıqlamasında gərginlikdən narahat olduğunu dilə gətirib:

“Moskvadan 4-5 gün olar gəlmişəm, konsertim var idi. Mən gedəndə hələ müharibə başlamamışdı, xəbərlər gəzirdi sadəcə. Mən arxayın oldum ki, dolların məzənnəsində heç bir dəyişiklik olmaz amma sonra1 manata yaxın artımın olduğunu gördük. İndi də vəziyyət gözqabağındadır, insanlar kartdan belə 1 rubl çıxara bilmirlər. Mart ayının axırında Tumendə toya dəvət olunmuşam. Heç bilmirəm gedə biləcəyəm, ya yox. Ümidimiz var ki, ayın sonuna qədər vəziyyət düzələ, əks halda çətin olacaq”.

İfaçı Damla ilə əlaqə saxladıq. Telefon zəngimizi prodüsseri cavabladı. Onun sözlərinə görə, əvvəlki templə işlərinə davam edirlər:

“Mart ayına 7-də tədbirə dəvət olunmuşuq. El şənliyi də var. Məbləği də dollarla danışmışıq. Təzəlikcə ordakılarla da əlaqə saxlamışıq, bizə hər şeyin qaydasında olduğunu deyiblər. Biletlərimizi alıb hazır saxlamışıq heç bir narahatlıq yoxdur”.

Əməkdar artist Elnarə Abdullayeva isə hadisələrdən xəbərsiz şəkildə toya əvət olunmadığını bildirdi:

“Hələ ki, heç bir toya dəvət almamışam. Heç bir fikirim yoxdur bu məsələlərlə bağlı. Problem olmasa, toya dəvət edilsəm təbii ki, iştirak edəcəyəm”.

Müğənni Zenfira İbrahimova isə hazırda Rusiyadadır və toy şənliklərində iştirak edir. Şəbnəm Tovuzlu isə hazırda çəkilişdə olduğunu qeyd edərək sualımızı cavablamadı. Bəllidir ki, hazırda ölkədədir. Nə deyək, təki ölkədə olub sağ-salamat işlərinə davam etsinlər.

Geri qayıt