Əsas Səhifə > Şou-biznes > “Dünya liderləri ikiüzlüdürlər, xalqları yox, öz mənafelərini düşünürlər...”

“Dünya liderləri ikiüzlüdürlər, xalqları yox, öz mənafelərini düşünürlər...”


25-02-2022, 11:40
“Dünya liderləri ikiüzlüdürlər, xalqları yox, öz mənafelərini düşünürlər...”
“Rus xalqına yox, amma dövlətinə olmazın nifrətim var. Bu adam deyir ki, biz təhlükə var. Görəsən kimdən təhlükə var?! Ukraynadan bir adam gedib ona güllə atmayıb. Luqanskını istəyirsən, yaxşı, onu götür. Bəs sənin Kiyevdə, Ukraynanın digər bölgələrində nə işin var? Bu saat evdə oturmuşam, inanın ki, çox əsəbiyəm”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sənətşunas alim, aktyor Qorxmaz Əlili-Canzadə deyib. Aktyor tezliklə Rusiya-Ukrayna müharibəsinin dayandırılacağına ümid etdiyini bildirib:

“Bu gün dünyanın bölünmə söhbəti gedir. Rusiya, Çin, İngiltərə və Amerika kimi dövlətlər özlərini dünyanın hegemon dövləti sayırlar. Onların öz aralarındakı danışıqlarına görə ortada Ukrayna getdi. Dünya liderləri ikiüzlüdürlər, xalqları yox, öz mənafelərini düşünürlər. Sosializm olanda biz onu ələ saldıq, amma kapitalizm ondan betər oldu. Mən siyasətçi deyiləm, amma Rusiya hökumətinə, Amerikaya, Almaniyaya nifrət edirəm. Rusiyanın tarixində baxanda görürsən ki, hakimiyyəti almanlar idarə ediblər və belə məlum olur ki, elə bunlar eyni adamdırlar.

Allah türk xalqın qorusun. Allah Ukraynanı qorusun. Mən Turan dövlətinin yaranmasının, Cənubi Azərbaycanın həsrətiylə yaşayan adamam. Biz böyük xalq olduğumuzu yaradıcılığımızla sübut edirik. Azərbaycanın böyük-böyük şəxsiyyətləri var, amma gəl ki, dövlətçiliyə gələndə əsrlər boyu əziyyət çəkmişik”.

Geri qayıt