Əsas Səhifə > Şou-biznes > "Bəlkə də ona görə həyatımda heç kəs yoxdur"

"Bəlkə də ona görə həyatımda heç kəs yoxdur"


17-02-2022, 09:50
"Bəlkə də ona görə həyatımda heç kəs yoxdur"
“Atam evdə ciddi idi, amma mənimlə qətiyyən ciddi davranmırdı. Çünki evin balacası olmuşam. Mən gözümü açandan açıq-saçıq, istədiyimi geyinmişəm. Atam heç vaxt geyimlərimə artıq söz deməyib, çünki geyimimin dərəcəsini bilmişəm. Atamın yanında açıq-saçıq paltarda, qısa ətəkdə gəzməmişəm. Bu da ondan irəli gəlib ki, atama hörmətlə yanaşmışam. Mayka da geyinsəm o gələndə üstündən nəsə atmışam. Aramızda böyük pərdə var idi, o pərdəni sona qədər qoruyub saxladı. Anamla bəzən söz göndərirdi, deyirdi ki, get qızına de ki, sürmə çəkməsin, belə geyinməsin”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı deyib. O daha sonra əlavə edib.

“Atam sağ olsaydı müğənniliyimə razılıq verəcəkdi. Çünki mən ara müğənnisi deyiləm, bayağı ifalar etmirəm. Bəlli bir auditoriyam var, sevilirəm. Elə insanlar mənə dəyər verir, xoş sözlər deyirlər ki, özüm də təəccüblənirəm. İndi deyirlər ki, atası yoxdur oxuyur, olsaydı oxumazdı. Görəsən atam sağ olsaydı oxumağıma nə deyəcəkdilər?! Çox böyük yalnışlıqları var. Mən aktrisa kimi də özümü sınamaq istəyirəm. Təbii ki, bayağı serial və filmlərdə çəkilmərəm, çünki sənətkarın qızıyam” deyə o bildirib.

Ülkər Yaşarqızı şəxsi həyatından da danışıb.

“Atam mənim idealım idi. Hər zaman onun adını düşünüb addım atıram. Bu gün kim nəsə etsə heç biri xalqın gözünə görünməyəcək, amma Ülkər nəsə etsə o dəqiqə yazıb pozacaqlar. Qızlar özlərinə ideal həyat yoldaşı hər zaman atalarına bənzər insanları seçirlər. Bəlkə də Allah elə bir insan həyatıma yetirəcək ki, atamda olan mərdlik, kişilik həmin şəxsdə də olacaq. Bəlkə də ona görə həyatımda heç kəs yoxdur. Atam çox gözəl, ailəcanlı ailə başçısı idi. Yeyib-içən kişi idi, əgər bunu edibsə yaxşı edib. Hətta bir dəfə toyda bir kişi badəni qaldırıb dedi ki, bunu sənin sağlığına içirəm. Sənin atan kişi adam olub, sən də onun qızısansa sükanı belə saxla. Sükanı belə saxla sözünün arxasında da böyük məna var, yəni beləsənsə belə qal” deyə o bildirib.

Geri qayıt