Əsas Səhifə > Şou-biznes > "Bu onun öz fikridir və o cür də fikirləşməyə haqqı var"

"Bu onun öz fikridir və o cür də fikirləşməyə haqqı var"


15-02-2022, 09:00
"Bu onun öz fikridir və o cür də fikirləşməyə haqqı var"
Xalq artisti Zabit Nəbizadənin Muğam Müsabiqələriylə bağlı qalmaqallı müsahibəsi müzakirələrə səbəb olub. Moderator.az-ın əməkdaşı bununla bağlı müsabiqənin münsiflər heyətində təmsil olunan bir neçə muğam ifaçısının fikirlərini öyrənməyə çalışıb. Lakin onlar Zabit Nəbizadənin fikirlərinə cavab vermək istəmədiklərini deyiblər. DİA.AZ xəbər verir ki, məsələylə bağlı Moderator.az-a danışan müsabiqənin icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi keçirilən Muğam Müsabiqələrinin bir çox istedadlı gəncləri üzə çıxardığını bildirib:

“Bu onun öz fikridir və o cür də fikirləşməyə haqqı var. Muğam Müsabiqəsinin əhəmiyyəti göz qabağındadır. Neçə illərdir kifayət qədər gənclər yetişdirib. Son illər Azərbaycan muğam sahəsində ortaya çıxan gənclərin doxsan faizi muğam müsabiqələrindən çıxan gənclərdir. Kimsə bunu bəyənməyə bilər və bu da onun haqqıdır, özü bilər. Hansısa xanəndənin dəsgah oxuyub-oxumaması da normaldır. İnsandır və hər şey baş verə bilər”.

Qeyd edək ki, Zabit Nəbizadə müsahibəsi zamanı Muğam Müsabiqələriylə bağlı bunları deyib:

“Allah eləsin, "Muğam müsabiqəsi” heç bərpa olunmasın. Çünki həmin müsabiqənin xeyrindən çox ziyanı var. Mən bunu bilirəm və sübut da edərəm. Bütün muğam müsabiqəsində iştirak edənlər yığışıb gəlsin yanıma, mənim üçün toyda bir dəsgah oxusun, görüm oxuya bilərlər. Heç nəfəsi də çatmaz. Çünki müsabiqə dövründə nə öyrəniblərsə, bu gün onu oxuyurlar. Müsabiqədə də dəsgahı tamam öyrənməyiblər, heç öyrətməyiblər də. Bu - bir, sonra daha bir problem var. Həmin ərəfədə müsabiqə iştirakçıları efirdə olur, xalq onları tanıyır və sevir. Şou dili ilə desək, dəbdə, gündəmdə olurlar. Xalq onları sevir və toy şənliklərinə aparır, orda da öyrəndiklərini oxuyurlar”.

Geri qayıt