Əsas Səhifə > Şou-biznes > "Rusiyada öz sahəsi üzrə heç cür işləyə bilməyəcəyini düşündüm"

"Rusiyada öz sahəsi üzrə heç cür işləyə bilməyəcəyini düşündüm"


14-02-2022, 08:55
"Rusiyada öz sahəsi üzrə heç cür işləyə bilməyəcəyini düşündüm"
2 ilə yaxındır Rusiyaya köçən müğənni Fədayə Laçın orada biznes qurduğunu bildirib. DİA.AZ Publika.az-a istinadla xəbər verir ki, bu barədə müğənni oğlu Əlhəmlə birlikdə “Evdəkilərə salam” verilişində qonaq olarkən deyib.

F.Laçın bildirib ki, oğlu ilə birlikdə restoran açıb:

“5 aydır bu məkanı götürmüşəm. Əlhəm üçün restoran açdım. Dedim ki, onun da bir işi olsun. Əlhəm filoloqdur. Rusiyada öz sahəsi üzrə heç cür işləyə bilməyəcəyini düşündüm. Buna görə də biznesdən başlayaq. Əlbəttə, özüm üçün də belə məkan lazımdır, məşqlər edirəm. Məclislərimiz də, konsertlərim də burada olur”.

Geri qayıt