Əsas Səhifə > Şou-biznes > "Zövqdən danışırıqsa, biri mənə başa salsın ki, qara parçanın yanında yaşıl parça nə gəzirdi"

"Zövqdən danışırıqsa, biri mənə başa salsın ki, qara parçanın yanında yaşıl parça nə gəzirdi"


7-02-2022, 10:23
"Zövqdən danışırıqsa, biri mənə başa salsın ki, qara parçanın yanında yaşıl parça nə gəzirdi"
Müğənni Elnarə Xəlilova onun geyim tərzini tənqid edən stilist Elnur Həsənova cavab verib. DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə o, “Şourum” verilişində danışıb.

İfaçı dəb bilicisinin əl işlərini bəyənmədiyini bildirib. Xəlilova Əməkdar artist Lalə Məmmədovanın Türkiyənin TRT telekanalında qatıldığı verilişdə əynindəki geyimini buna misal çəkib:

“Elnurun geyindirdiyi, Elnurun yaratdığı Lalə Məmmədova obrazında dərin dekolte var idi. Bunu mən gördüm və gördüm ki, TRT o dekolteni bağlayıb. Özü də yaşıl parça ilə. Qara paltarı yaşıl parça ilə bağlamışdılar. Zövqdən danışırıqsa, biri mənə başa salsın ki, qara parçanın yanında yaşıl parça nə gəzirdi. Bu mənim zövqüm deyil. Mən elə geyinməzdim. Sözüm həmkarlarımadır. Heç kim özünü pis hiss etməsin, heç kim dediyim sözü şəxsisinə qəbul etməsin, çünki söhbət obrazdan gedir, sizin şəxsiyyətinizdən yox.

Qeyd edək ki, daha əvvəl Xəlilova instaqram hesabında ad çəkmədən Həsənova bir işlə məşğul olmasını, sadəcə makiyaj etməsini təklif etmişdi: “Məncə, sən bir iş görsən olar. Ya vizaj et, ya da kolor. Geyim sənlik deyil, inan. Pornoqrafik, ürəkbulandıran sonuncu obrazlarının TRT-dən sorağı gəlir”.

Məmmədovanın isə cavabı belə olmuşdu: “Həddini bilmədikdən sonra çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın. Çünki susan danışsa, dözən olmaz. Bu arada TRT-yə qucaqdolu sevgilər və salamlar”.

Xatırladaq ki, L.Məmmədovanın TRT-də qonaq olduğu “İpek Açar ile ipek yolu” verilişi yanvarın 13-də efirə gedib.


Geri qayıt