Əsas Səhifə > Şou-biznes > “Əgər sənətkarın dolanışığı pisdirsə, onda niyə onlar ömürlərini bu sənətə qurban ediblər?!”

“Əgər sənətkarın dolanışığı pisdirsə, onda niyə onlar ömürlərini bu sənətə qurban ediblər?!”


26-01-2022, 11:04
“Əgər sənətkarın dolanışığı pisdirsə, onda niyə onlar ömürlərini bu sənətə qurban ediblər?!”
“Nə atasına görə, nə də ki, özünə görə qızım Ülkərə bu sənətdə heç bir kəs dəstək göstərmirlər. O heç kimə də, heç nə demir. Mən görməmişəm ki, hansısa sənətçi qabağa çıxıb, dəstək olsun. Mahnı yazdırmağa, klip çəkdirməyə əlbəttə ki, pul lazımdır. Pulsuz heç bir şey olmur. Kiməsə ağız açıb nəsə deyəndə də o dəqiqə sosial şəbəkələrdə rəy yazırlar ki, qazilər də pis yaşayır. Mən də istəyirəm ki, hamı, qazi də daxil yaxşı yaşasın. Amma insanlar başa düşmürlər ki, hər sahənin öz nazirliyi var. Hansısa qazi ilə həmin rayonun İcra başçısı, millət vəkili məşğul olmalıdır. Aztəminatlı ailələrlı Sosial Müdafiə Nazirliyi, sənətçilərlə isə Mədəniyyət Nazirliyi maraqlanmalıdır. Mən heç bilmirəm ki, deputatım kimdir?! Bir dəfə zəng edib, xahiş etsəm mənə heç hay da verməzlər. O bilir ki, Yaşar Nurinin ailəsi həmin ərazidə yaşayır, özləri gəlib maraqlanmalıdırlar. Nəinki maraqlanmaq, qəbuluna getsək də qapıda qalarıq”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. O daha sonra əlavə edib.

“O gün mən oxudum ki, xalq artisti Rasim Balayev 300 manat pensiya alır. Dövlətin verdiyi təqaüd olmasaydı maddi dolanışı daha pis olardı. Sağ olsun dövlətimiz! Yaşarın pensiyasını ölümündən sonra saxlasaydılar mənim üçün heç bir problem yaranmazdı. İstərdim ki, sənətkarın sağlığında aldığı təqaüdü, ölümündən sonra onun ailəsi alsın. Bu problem həll olunmalıdır. Bir çox sənətkarlarımızın ailəsi çox pis vəziyyətdə yaşayır. Bildiyim qədərilə digər sahələrdə çalışan şəxslərin pensiyalarını ölümündən sonra ailələri alır. Bir mədəniyyət sahəsidir ki, belı qayda-qanun yoxdur. Halbuki mədəniyyət xalqın simasıdır, üzüdür, milli mentalitetdir. Əgər sənətkarın ailəsinin dolanışığı pisdirsə, onda niyə onlar sağlığında ömürlərini bu sənətə qurban ediblər?!” deyə sənətkarın ömür-gün yoldaşı bildirib.

Rəhimə Nuriyeva sənəti cılızlaşdıran aktyorlardan da danışıb.

“Ya gülürlər, ya ağızlarını əyirlər. Hər bir insan özü olmalıdır. Əgər Yaşarı yamsılayırlarsa, onlar aktyor deyillər, parodistdirlər. Biri onun baxışı kimi baxır, digəri onun hərəkətini edir, yerişini gedir. Öyrənsinlər, amma yamsılamasınlar. Hər zaman demişəm ki, özünə aktyor deyən şəxs heç olmasa bir dəfə AZDRAMA-nın səhnəsində tamaşada oynamalıdır. Axıra qədər obrazı oynayıb, tamaşaçıya çatdırsa bilsə demək ki, o aktyordur. Heç bir müğənni mahnını orijinalından yaxşı oxuya bilməz. Eyyub Yaqubovun mahnılarını kim ondan yaxşı oxuya bilər ki?!” deyə sənətkarın xanımı bildirib.

Geri qayıt