Əsas Səhifə > Şou-biznes > Özünü koronavirusa yoluxduran müğənni vəfat edib

Özünü koronavirusa yoluxduran müğənni vəfat edib


20-01-2022, 08:45
Özünü koronavirusa yoluxduran müğənni vəfat edib
DİA.AZ: - Çexiyada özünü bilərkdən COVID-19-a yoluxduran tanınmış xalq mahıları müğənnisi 57 yaşında vəfat edib.

DİA.AZ-ın məlumatına görə, The Independent qəzeti yazır ki, müğənni Hana Horka peyvənd olunmamışdı və oğlu Yan Rekin sözlərinə görə anası virusa ondan və atasından yoluxmuşdu.

Rek bildirib ki, onun və atasının COVID testi müsbət çıxandan sonra anası özünü təcrid etmək əvəzinə bilərəkdən yoluxmaq istədiyini deyib.

Müğənninin oğlu BBC-yə deyib ki, “Asonance” xalq mahnıları qrupunda oxuyan Horka virusa, sağaldıqdan sonra bu barədə arayış almaq üçün yoluxmaq istəyirdi.

Çexiyada hazırda mövcud olan karantin qaydalarına görə kinoteatr, bar və restoranlara giriş üçün ya vaksin olunduğun, ya da xəstəliyi bu yaxınlarda keçirdiyin barədə arayış təqdim etməlisən.

Ölümündən iki gün əvvəl Horka sosial media postunda artıq sağalmaqda olduğunu bildirirdi. O yazırdı:

“Hə, indi teatra, saunaya, konsertlərə gedə biləcəyəm”.

Vaksinlər barədə söz-söhbətə inanmasa da...

Media xəbərlərində deyilir ki, Horkanın oğlu və əri tam vaksin olunsalar da, Milad ərəfəsində COVID-ə yoluxmuşdular.

Müğənninin oğlu deyib:

“Bizim testimiz müsbət çıxandan sonra, o, təcrid olunmalıydı, amma bütün vaxtını bizimlə keçirirdi”.

Rek müsahibəsində deyib ki, bazar günü, yanvarın 16-da anası özünü yaxşı hiss etdiyini demişdi və gəzintiyə çıxmaq istədiyini bildirmişdi.

Amma Horka az sonra kəskin bel ağrısı hiss edib və yatağına uzanıb.

Müğənni 10 dəqiqənin ərzində keçinib.

Yan Rek anası barədə bunları deyib:

“Onun fəlsəfəsi beləydi ki, vaksin olunmaqdansa, COVID-ə yoluxmaq və immunitet qazanmaq daha yaxşıdır”.

Gənc əlavə edib ki, anası vaksin barədə qəsd nəzəriyyələrinə və şayiələrinə inanan deyildi.

Rek ümid etdiyini bildirib ki, bu əhvalatı eşidənlər vaksin olunmağın faydasına inanacaqlar.

Geri qayıt