Əsas Səhifə > Şou-biznes > “Azərbaycanda qaldığım otelə silahlı basqın olmuşdu, qorxsam da geri çəkilmədim”
“Azərbaycanda qaldığım otelə silahlı basqın olmuşdu, qorxsam da geri çəkilmədim”19-01-2022, 09:41 |
“O vaxt Azərbaycana gələndə mənə deyirdilər ki, getmə, orada müharibə davam edir. Nə işin var orada filmə çəkilirsən? O qədər qorxutmuşdular ki, məni. Amma mən qorxmadan, çəkinmədən gəldim və peşman da deyiləm. Dedim ki, nə olursa-olsun gedib bu filmə çəkiləcəyəm. Yaxşı ki, getmişəm, heç kimi dinləməmişəm. Rasim Ocaqova söz vermişdim, gəlməyə də bilməzdim. 1990-cı illər Azərbaycan üçün çox ağır illər idi. Ard-arda başına faciələr gəlmişdi, 20 yanvar faciəsini yaşamışdı, daha sonra isə 1-ci Qarabağ müharibəsi başlamışdı. Bütün bunların hamısından xəbərim var idi”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış türkiyəli aktrisa Meral Konrat deyib. O daha sonra başına gələn hadisəni bizimlə bölüşüb. “O zaman Azərbaycan müstəqilliyini yeni əldə etmişdi, çox çətin günləri arxada qoymuşdunuz. Amma buna baxmayaraq yenə də ara-sıra silahlı atışmalar olurdu. Biz çətinliklə də olsa çəkilişlərimizi edirdik. Hətta maşınla küçədən keçərkən mənim olduğum avtomobilə də güllə atmışdılar. Mən həmin avtomobilin içindəyəm deyə atılmamışdı, sadəcə olaraq atılan güllələr bizim maşına da dəymişdi. Qaldığım otelə də silahlı-basqın olmuşdu. İçimdə böyük qorxu olsa da çəkilişlərdən uzaq düşmədim, Allahın köməyi ilə hamısını etdim. O vaxt gediş-gəliş bu günki qədər asan deyildi. “Təhminə” filminin çəkilməsindən 9 il sonra mən Azərbaycana getmişdim. Bir çəkilişim var idi, həm də mənə mükafat verirdilər. O zaman gördüm ki, bu mənim gördüyüm Azərbaycan deyil, çox dəyişmişdi. O vaxtkı Bakı ilə indiki Bakı arasında çox böyük fərq var idi. O qədər gözəl idi ki. Azərbaycan indi daha gözəlləşib. Dəvət gələrsə böyük məmnuniyyətlə yenidən filmə çəkilərəm, amma mənə elə bir rol təklif olunmalıdır ki, bu Təhminə obrazını kölgədə qoysun. Çox təəssüf ki, hələ elə obraza dəvət almamışam” deyə məşhur aktrisa bildirib. Geri qayıt |