Əsas Səhifə > Şou-biznes > Cabbar Musayev sosial şəbəkələrdə saxta hesab açaraq...

Cabbar Musayev sosial şəbəkələrdə saxta hesab açaraq...


18-01-2022, 08:44
Cabbar Musayev sosial şəbəkələrdə saxta hesab açaraq...
Müğənni Dəniz Əsədova həmkarı və müəllimi Cabbar Musayevi məhkəməyə verib.

DİA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, qadın ifaçı tanınmış müğənnini onun şəxsiyyətini alçatmaqda ittiham edib.

İttihama görə, Cabbar Musayev sosial şəbəkələrdə saxta hesab açaraq D.Əsədovanı və ailəsini təhqir edib.

Məhkəmənin hazırlıq iclası yanvarın 24-nə təyin olunub. Binəqədi rayon Məhkəməsində keçiriləcək prosesə hakim Mahirə Kərimova sədrlik edəcək.

Geri qayıt