Əsas Səhifə > Şou-biznes > “Vətən müharibəsindən qaçıb xaricdə gizlənən məmur övladları hələ də burdan qidalanırlar...”
“Vətən müharibəsindən qaçıb xaricdə gizlənən məmur övladları hələ də burdan qidalanırlar...”14-01-2022, 12:07 |
“Yeganə ümidimiz Prezidentə, onun çıxışınadır. Prezidentimizin də özünü nə qədər işi-gücü var. Hər dəfə məmurlara xəbərdarlıq edir, adama bir sözü neçə dəfə demək olar, düzəlmirlər axı. Bu məmurların özünün vicdanı, insafı yoxdur. Mirzə Ələkbər Sabir demişkən, “Millət necə tarac olur,olsun, nə işim var, Düşmənlərə möhtac olur, olsun, nə işim var...” Bizim məmurların da ideyası ancaq budur. Sabirin yüz il bundan əvvəl dediyi sözlər bu gün də aktualdır, gündəmdədir və bunu da cücərdən elə bizim o məmurlardır. Konkret olaraq mənim problemimin, faciəmin başında Hacıbala Abutalıbov durub. Ümidimiz Mirzağa Əliyev küçəsindəki binanın tikilməsi və bizim yenidən öz evlərimizə köçməyimiz idi. Tamella xanıma imkan vermədilər ki, o binanı tiksin. Şəhərsalma və Dövlət Arxitekturası buna imkan vermir. Hər işdə onların çirkin məqsədləri var. Öz şəxsi maraqları üçün çalışırlar. Prezident onlara etimad göstərib, vəzifəyə təyin edən kimi başlayırlar nəfslərinə xidmət etməyə”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasınd Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül problemiylə bağlı bu dəfə yenə ölkə rəhbərinə müraciət edib: “Konkret olaraq gəlib deyə bilmirlər ki, burdan bizim xoşumuz gəlir. Əgər xoşunuza gəlirsə, bizim pulumuzu verin gedək özümüzə ev alaq. Ən dəhşətlisi odur ki, bunlar qanun adıyla millətə divan tuturlar və qanuna da öz istədikləri kimi min cürə don geyindirirlər. Bu qədər adamıq 11 ildir qalmışıq küçələrdə. Əsəblərimizlə oynayırlar, dava-dərmana nə qədər pul vermək olar. Apteklərdə qiymətlər od tutub, yanır. Hacıbala Abutalıbovun yazıq o günahsız müavinini həbs edib, içəri qoyublar. Bu zalımlar öz vəzifələrindən sui-istifadə edib, Prezidentlə-xalqın arasında Çin səddi yaradıblar. Mənim kimi ağsaqqal kişi, Xalq artisti Prezidentə sözümü çatdıra bilmirəm, imkan vermirlər. İndi siz görün adi adamlar nə əziyyət çəkirlər. Buna görə mən hazırlaşıram ki, Prezident Aparatının rəhbəri Samir Piriyevə müraciət edim. Samir müəllimdən xahiş edəcəm ki, mənimlə beş dəqiqə görüşsün və ona konkret faktlarla dərdimi deyim. Milyardları çapıb, talayan Hacıbala Abutalıbovun oğlu mənə Türkiyədən ismarıc göndərir, barmaq silkələyir ki, obyektimdə çəkiliş edib, atamı tənqid etdiyiniz üçün sizi iti qovan kimi ordan qovacam. Vətən müharibəsindən qaçıb xaricdə gizlənib, hansı məqsədlərə xidmət edir, bilmirik. Bəlli olur ki, hələ bunların barmaqları Azərbaycandadır, burdan qidalanırlar. Qidalandıqları yerləri milləti evsiz-eşiksiz qoyaraq işğal ediblər. Həmin yerlərdə mağazalar, restoranlar tikiblər”. Geri qayıt |