Əsas Səhifə > Şou-biznes > "Bu aləmdə olan şəxs gərək uşaqlıqdan qayda-qanunu bilsin"

"Bu aləmdə olan şəxs gərək uşaqlıqdan qayda-qanunu bilsin"


14-01-2022, 10:33
"Bu aləmdə olan şəxs gərək uşaqlıqdan qayda-qanunu bilsin"
“Belə davam edərsə, istedadlılar da zövqü itirə-itirə ayrı istiqamətə gedəcəklər”. DİA.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti Mübariz Tağıyev deyib. Sənətçi müğənnilərin bu gün pulu sənətdən üstün tutduğunu deyib:

“Gənclər daha çox maddiyyat dalınca qaçırlar. Özüm toy adamı deyiləm, amma bilirəm ki, sənət aləminin böyük bir qismi ora yönəlib”.

Xalq artsti qeyri-peşəkarların kifayət qədər tamaşaçı yığa bilməsini danmayıb:

“Estrada aləminin bəzi qanun-qaydaları var, çoxu onu bilmir. Məni narahat edən digər məsələ odur. Bu aləmdə olan şəxs gərək uşaqlıqdan qayda-qanunu bilsin. Xanəndə aləmində olanlar da həmçinin.

Baxın, bu gün hər şey bir-birinə qarışıb. Xanəndə məktəbinin nümayəndələri estradaya daraşıb, estrada oxuyan da görür ki, bu işdə alınmır, keçir xanəndəliyə...

Qeyri-peşəkar bəstəkarların mahnıları efirlərdə çox yer alır. Estrada aləmində “yeni cərəyan” deyinlən bir meyl var, amma sahəni bilənlər üçün bu gülməli gəlir. Axı hər bir cərəyanın öz ritmi, vurğusu var. Bu gün hər bir şey pozulub. Roku bilməyən rok oxuyur, RNB-dən anlayışı olmayan keçib o tərəfə, yəni estrada aləmində gülməli vəziyyət yaranıb. Bəzilərinə Allah səs verib, faktura da var, ancaq ortada iş yoxdur. Mən gənc vaxtı fikirləşirdim ki, Azərbaycan estradasını sərhədlərdən kənara çıxaracağıq, amma görürəm ki, belə getsə, alınmayacaq, sadəcə mümkün deyil”.

M.Tağıyev hazırda səhhətində problemlər olduğu üçün yeni layihələrdə yer almadığını bildirib:

“Yeni mahnılar var, amma sözün açığı, həvəs yoxdur. İşləyə bilmirəm, niyəsini bilmirəm, başa düşə bilmirəm. Nəysə ilişmişik. Pandemiya müddətində bir dəfə koronavirusa yoluxmuşam. Sözün düzü, səhhətimdə bir qədər problem var, təzyiqdən əziyyət çəkirəm”

Geri qayıt