Əsas Səhifə > Şou-biznes > "Bu gün Qazaxıstanda və dünyada nə hadisələr baş verir.... Allah bizə kömək olsun"

"Bu gün Qazaxıstanda və dünyada nə hadisələr baş verir.... Allah bizə kömək olsun"


10-01-2022, 12:58
"Bu gün Qazaxıstanda və dünyada nə hadisələr baş verir.... Allah bizə kömək olsun"
“Təbrikiniz üçün çox sağ olun. Bu gün ancaq efirlərdəyəm. Demək olar ki, bütün kanallar məni təbrik edir, canlı efirə qoşur. Bəlkə bir yüz il yaşasam, ötən il mənim üçün Zəfər ili kimi yadda qalacaq. Ondan böyük bir hadisə yoxdur ki, onunla yanaşı qeyd edim. Hamımız o zəfərin sevincini yaşayırıq”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında bu gün doğum günü olan Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib. B.Vəziroğlu bundan sonra da xalqımıza bütövlük, birlik arzu edib:

“Əlbəttə ki, bu bütövlüyü hiss etmişik, amma indi onu artıq cismən də hiss edirik. Vətən də bizim bir cismimizdir, o yaralı olanda təbii ki, hər bir vətəndaşı da yaralı olur. Bu mənada cismən də biz sağlam olduq, bütövləşdik, sağaldıq. Rəhmətlik Ulu Öndər Heydər Əliyevin sözü var idi deyirdi ki, “müstəqilliyi qazanmaq nisbətən asandır, amma onu qoruyub, saxlamaq çətindir”. Ona görə də bu çətin yolda Ali Baş Komandanımıza, özümüzə, dövlətimizə mətinlik arzu edirəm. Arzu edirəm ki, sükanı belə saxlayaq. Çünki görürsünüz ki, dünya qaynayan qazandır. Bu gün Qazaxıstanda və dünyada nə hadisələr baş verir. Allah bizə kömək olsun. Dövlətimiz həmişə belə möhkəm əllərdə olsun. O olandan sonra yavaş-yavaş rifah halımız da qalxacaq, Nazim Hikmət demişkən uşaqlar daha gözəl günlər görəcəklər.

Düzdü, bu gün həm Xalq artisti Ağdadaş Ağayevin və İctimai radionun doğum günüdür. Bu iki əlamətdar hadisə həmişə yadımdadır. Ağadadaş müəllimi də təbrik edirəm. Sözləri mənə və musiqisi Kamal müəllimə aid olan “Heydər Xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısını hazırlamışdıq və Ağdadaş müəllim ifa edib. Zəfər günlərində isə “Cənab Ali Baş Komandan” mahnısını yazdıq və bunu da gənc müğənnimiz Mirələm Mirələmov ifa etdi”.

Geri qayıt