Əsas Səhifə > Şou-biznes > Xalq artistindən Hacıbala Abutalıbova ağır ittiham:

Xalq artistindən Hacıbala Abutalıbova ağır ittiham:


7-01-2022, 10:05
Xalq artistindən Hacıbala Abutalıbova ağır ittiham:
"Hacıbala Abutalıbov cinayətkardır, Bakının bütün müqəddəs yerlərini, qırmızı kitabda olan binalarını dağıdıb”. DİA.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov illər öncə Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovla arasında olan ev davasından danışarkən deyib. Rejissor hazırda onun ucbatından damda yaşadığını bildirib:

"Dünyada belə şey yoxdur. Mənim evimlə bağlı 3 məhkəmə qətnaməsi verilib, amma Hacıbala onun birini də saya salmadı. Müraciət eləmədiyim yer qalmayıb. Mənə dövlət ev verib, sağ olsunsunlar, amma orda yaşamaq olmaz. 4 quru divardı, vəssalam. İndi hara müraciət edirəmsə, onu da gözümə soxurlar. O evin təmirinə indiki günü-gündən artan qiymətlərlə hardasa 10 min pul lazımdır. Mənim heç 120 manatım da yoxdur. Qalıb ağzı bağlı... O evin qapısı bağlı, biz də 3 ailə "krışada” yaşayırıq. Onlara dedim ki, mənə verdiyiniz evlə yanaşı, öz evimi də sizə verərəm, amma əvəzində şəhərdə mənə təmirli 3 otaqlı mənzil verin. Ona da razı olmadılar”.

Xalq artisti səhhəti ilə bağlı həmin evdə yaşaya bilmədiyini, əziyyət çəkdiyini vurğulayıb və iki ildir gecə-gündüz xəstəliklə mübarizə apardığını xatırladıb:

"Ötən il ad günüm idi, bu məqsədlə veriliş hazırlanırdı. Getdik Şamaxıya, Alim Qasımov, Rasim Balayevi də dəvət elədim, dedim, tarixdir də, qalsın. Orda bir gün bulaq başına, bir gün meşəyə, bir gün də çay kənarına getdik, soyuğu-istiyə qatdım. Bir də baxdım ki, mədəmdən qanaxma başlayıb. Düz iki ildir ki, ölümlə vuruşuram. Səhhətimi bərpa edənə kimi istifadə olunan dərmanlar bronxlarımı korladı. İndi də hava bir balaca nəmişləyən kimi ölürəm. Həkimlər yox, pandemiya apteklərin yanında toya getməlidir. İnsan nə qədər dərman yeyər? Ovucla dərman alıram, hamısı da od qiymətinə, birinin canıma təsiri yoxdur, hamısı saxta. Deyirsən, danışırsan, tələb edirsən də xeyri yoxdur. Apteklər yıxdı evimizi, kimdir bunların arxasında duran, kimdir bunları müdafiə edən? At kimi meydan sulayırlar ölkədə. Həkimlər deyir ki, sənə məsləhət edilən dərmanları başqa ölkələrdən al. İndi kimə deyək dərdimizi? Bahadır cəhənnəmə, heş olmasa, tərkibi keyfiyyətli olsun”.

Geri qayıt