Əsas Səhifə > Şou-biznes > "İstədiyim qonorarı mənə vermirlər"

"İstədiyim qonorarı mənə vermirlər"


2-01-2022, 10:22
"İstədiyim qonorarı mənə vermirlər"
“Yeni ildə çox yerlərdən mənə dəvət gəldi, amma hamısından imtina etdim. Çünki istədiyim qonorarı mənə vermirlər. Ümumiyyətlə işlərimiz başlayandan, restoranlar açılandan hər şeyin qiyməti bahalaşdı, bir bu müğənniliyin qiyməti aşağı düşdü. Müğənnilər qiyməti özləri çox endirdilər. Biz köhnə qiymətlərimizdə qalmışıq, bununla belə ondan da aşağı qiymətə toya, şou proqramlara istəyirlər. Məncə özünə hörmət edən, əsl sənətdən başı çıxan, həqiqətən də not bilən müğənnilər mənim kimi addım atıb, imtina etməlidirlər. Bir yerdə çıxış edəcəm, o da sırf dostluğa görə. Həmin yerdən qonorar almayacağam. Çünki o illərdə restoranlar tanınmış müğənniləri şou-proqramlara çağıranda, məni o insan məkanına dəvət edirdi. Gedib mahnılarımı oxuyub, pulumu qazanırdım. Kimsə mənə 1 addım atarsa, mən ona 10 addım ataram. Mən belə insanam, bu mənim genetikamdan gəlir”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevinc Musayeva bildirib. O daha sonra əlavə edib.

“Mən bu sənətə can qoymuşam, pullar xərcləmişəm. Əlimə mikrofonu götürüb özümü sübut etməyim mənə elə də asan başa gəlməyib. Ona görə də mənim öz qonorarım var, ondan da aşağı qonorar mənə təklif olunursa elə evimdə oturub, isti çayımı içərəm də. Ola bilər ki, bu fikrimə görə mənə ağılsız deyib, gülə bilərlər. Amma hərənin öz həyatı, qadağaları, prinsipləri var. Bu səbəbə görə mən artıq 3 ildir ki, yeni il şənliklərində iştirak etmirəm. Mən öz sənətimi, qonorarımı öldürə bilmərəm. Bəzi müğənnilər var ki, 1000 manata gedir, sonradan qiyməti 200 manata endirirlər. O da “cəhənnəmə ki” deyib gedir. Mən o müğənnilərdən deyiləm” deyə Sevinc Musayeva bildirib.

Geri qayıt