Əsas Səhifə > Şou-biznes > “Bəzi filmlər missioner fəaliyyəti göstərir, xristian dəyərlərin təbliğatını aparırlar”
“Bəzi filmlər missioner fəaliyyəti göstərir, xristian dəyərlərin təbliğatını aparırlar”29-12-2021, 15:12 |
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2021-ci il üzrə hesabatında Azərbaycan telekanallarında əcnəbi seriallarla bağlı nəzarətin gücləndirilməsi öz əksini tapıb. Qeyd edək ki, MTRŞ Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən ümumrespublika teleradio yayımçılarının mütəmadi monitorinqi aparılır. Görülən işlərin nəticəsi olaraq Şura sədrinə ölkə teleməkanı barəsində mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar təqdim edilir. DİA.AZ-ın məlumatına görə, Azərbaycan teleməkanlarında əcnəbi seriallara qarşı antipatiyanın səbəblərini “Sherg.az”a açıqlayan media eksperti Zeynal Məmmədli bildirib ki, məsələnin siyasi tərəfləri var: “Azərbaycan telekanallarında əcnəbi seriallarla bağlı nəzarətin gücləndirilməsinə əsas səbəb dövlətin, xalqın həyata, dünyaya baxışlarından qaynaqlanır. Bu məsələdə siyasi məqamlar də var. Əksər serialda siyasi mesajların ötürüldüyünə şahid oluruq. Həmçinin xarici serialların bizim mentalitetə uyğun olmadığı düşünülür. Bəzi filmlər missioner fəaliyyəti göstərir, xristian dəyərlərin təbliğatını aparırlar. Buna görə də, Azərbaycan televiziyalarında yayımlanmasının qarşısı alınır. Yenə də məsələnin ciddi araşdırlmağa ehtiyacı var. Hələ MTRŞ-nin filmlərin “filan vaxtda göstərilsin, filan qədər göstərilsin” kimi qanunları özünütəcrid siyasətinə bənzəyir. Multikulturalizmdən danışırqsa, buna tam əməl etməliyik. Digər tərəfdən televiziyaların maddi imkanları da azdır. Ona görə də, seriallar oğurluq yollarla əldə edilir. Sərbəst bazar yoxdur. Əcnəbi serialların qarşısını almağa çalışırlarsa, yerli seriallar hazırlanmalıdır. Düzü, yerli serialların çəkilməsi üçün kifayət qədər maliyyə ayrılmışdı. Lakin nəticədə biabırçı iş ortaya çıxardılar. Heç Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə aid yaxşı film də çəkə bilmədilər. Halbuki filmdə 1920-ci ildə Azərbaycan-Ermənistan savaşlarına aid yaxşı səhnə çəkilişləri aparıla bilərdi. Xəbər yayılıb ki, Türkiyə ilə Azərbaycan birgə filmlər, seriallar çəkə bilər. Bunun nəticəsində yaxşı kadr hazırlamaq imkanı yaranacaq”. Geri qayıt |