Əsas Səhifə > Şou-biznes > "Bizi Laçına işləməyə “Tələbə gənclər inşaata” göndərmişdilər"

"Bizi Laçına işləməyə “Tələbə gənclər inşaata” göndərmişdilər"


29-12-2021, 09:22
"Bizi Laçına işləməyə “Tələbə gənclər inşaata” göndərmişdilər"
Milli Məclisin deputatı Aqil Abbas gənclərə çağırış edib.

O, deyib ki, Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir: "Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub.
Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər”.

Onun bu fikirləri heç də birmənalı qarşılanmayaraq sosial şəbəkələrdə müzakirələrə səbəb olub. DİA.AZ xəbər verir ki, mövzu barədə Moderator.az-a danışan prodüser Oqtay Əliyev deputatla həmfikir olduğunu qeyd etdi:

- Sovet dövründə gənclər yay tətillərindən sonra şəhərsalma üçün nəzərdə tutulan ərazilərdə tikinti inşaat yerlərində çalışırdılar. Onlar da orada işləyib, həm ev sahibi olurdular, həm də qazanc əldə edirdilər. “Tələbə gənclər inşaatı” adı altında gənclər bir araya toplaşıb, bir çox tikinti layihələrində iştirak edirdilər.

1989-cu ildə Universitetdə təhsil aldığımız dövrdə bizi Laçına işləməyə “Tələbə gənclər inşaata” göndərmişdilər. Bu da məcburi deyildi, qızlı, oğlanlı hər birimiz orada iştirak edirdik. Bu gün onların içində aktyor, aktrisalarımız, rejissorlarımız tanınmış simalar da var. Hamımız birlikdə şəhərsalmalarda, məktəblərin, binaların, xəstəxanaların tikintisinə kömək edirdik. Yəni biz bu mərhələni keçmişik, bu gün də bunları etməyə hazırıq.

Hətta bizə oradan pul da verirdilər. Oradan əldə etdiyimiz gəliri isə il boyu xərcləyirdik. Bunların heç biri məcburi deyil. Gənclərdən başqa isə təklif edirəm ki, imkan olduqda şərait yaradılsın.

- Niyə məhz gənclər?

- Təkcə gənclər deyil. O, qədər işsiz insnalar var ki, hələ də iş axtarırlar. Onların bu layihəyə cəlb etmək, maaş vermək və işlə təmin etmək mümkündür. Bizim dövrümüzdə gənc ailələr rayondan gəlib tikintidə çalışırdı, birinci hazır olan binada ona ev verirdilər. Misal üçün hazırda Zəngilanda tikitini gedir, kiçik bir qəsəbə salınır. Maddi vəziyyəti ağır olan bir ailə ora köçüb, həm tikintidə çalışıb, həm də ev sahibi olsalar sizcə pis olardı? Yeni iş yerlərinin açılmasının nəyi pisdir axı? Vətən üçün hərə bir iş görməlidir. Şəxsən mən istənilən zaman nə bacarıramsa etrməyə hazıram.

- Məsələn nə edə bilərsiniz?

- Bənnalığı bacamıramsa da ən azından torpaq daşıya bilərəm. Müraciət etsələr ki, “Ey Azərbaycan vətəndaşları bizə işçi lazımdır”. Bir aylıq məzuniyyətimi götürüb gedib orada çalışaram.

Burda söhbət nə Aqil Abbasdan gedir, nə Oqtay Əlievdən. Biz bunu tikəcəyik. O evlərdə bizim qardaş, bacılarımız köçüb rahat yaşayacaq. Heç kimi məcbur etməklə tikməyəcəyik evlərimizi. Yəni münbit şərait yaradılarsa gənclər gedib çalışar. Universitetdən sonra boş qalan zamanda çalışıb, həm də pul qazanarlar, həm də zamanlarını faydalı bir işə sərf edərlər.

- Onda siz Aqil Abbasın fikirləri ilə razısınız?

- Bu vətən hamımızındır. Mən Aqil Abbasla razıyam. Orada yenidənqurma, tikinti üçün şərait yaratsınlar sabah övladımı da ora işləməyə göndərməyə razıyam. Ən azından bilərəm ki, bizim də bu işdə zərrə qədər əməyimiz var.
Qarabağ muzey deyil ki, gedib baxıb, şəkil çəkdirib gələk. Hamı oturub düşünür ki, kimlərsə gedib Qarabağda ev tikəcək biz də gedib yaşayacağıq. Kim tikməlidir? Biz tikməliyik də.

- Təklifiniz nədir?

- Mən düşünürəm ki, müharibə dövründə könüllülərimiz necə vətəni qorumağa getdilərsə indi də kim istəyirsə gedib çalışsın.

Burda ayıb heç nə yoxdur. Mən də gedərəm, gedib orada torpaq daşıayacam. Bunu hamımız etməliyik. Əvəllər hamımız Qarabağ, Şuşa deyirdik, indi hamımız çəkilmişik kənara. Mən sosial mediaya baxıb, dəhşətə gəlirəm. Erməni xakkerləri Azərbaycan dilində bizimkilərin şərhlərinin altından olmazın sözlərini yazırlar. Elə bu günlərdə Media İnkişaf Agentliyi media nümayəndələrini Şuşaya aparıb, çox gözəl təşəbbüsdür. Elə onların şərh bölümünə yazırlar ki, Allah sizi qırsın, sizə Şuşa lazım idimi? Bu sözləri bir Azərbaycan vətəndaşı necə yaza bilər? Mən şokdayam. “Xarıbülbül” festivalının “Youtube”-a qoyulmuş videolarının şərh bölümünə baxsanız görərsiniz ki, orada nələr yazılıb. Burada korrupsiya, rüşvətxor, məmur söhbəti getmir e. Burada mövzu vətəndir.

Çox istəyərdim ki, bir günlük deyil bir neçə günlük gənlərimizi-rejissorlarımızı, operatorlarımızı, dekorçuları, yaradıcı insanları Qarabağa aparsınlar. Qarabağda bir neçə gün yaşasınlar. Ancaq onları aparmırlar. Xaricdən blogger gətirirlər. Xaricdən gələn bloggeri nə edirik?

Geri qayıt