Əsas Səhifə > Şou-biznes > "Nə yeni il, nə köhnə il, nə başqa bayram mənə maraqlı deyil"

"Nə yeni il, nə köhnə il, nə başqa bayram mənə maraqlı deyil"


25-12-2021, 09:32
"Nə yeni il, nə köhnə il, nə başqa bayram mənə maraqlı deyil"
“Bir əlimi Allaha qaldırıram ki, əmin-amanlıq olsun. Nə yeni il, nə köhnə il, nə başqa bayram mənə maraqlı deyil. Yeni ili uşaq olanda sevirdim, amma indi bütün dünyada hər şey bir-birinə qarışıb. Bu il bircə bizi sevindirən qələbə oldu. Şəhidlərimizə, qazilərimizə görə üzülürük. Ona görə də yeni ili keçirmək ürəyimdən gəlmir”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O daha sonra əlavə edib:

“Pul dalınca qaçan biri deyiləm, xəstəliklər olmasaydı bu gün var, sabah yoxdur bilən deyildim. Bu gün varsa yeyib oturacağam. Hamımız gözləyirik ki, pandemiya tez bitsin, rahat nəfəs alaq. Bəzən deyirlər ki, gözləmək də insanı bezdirir. Nə qədər yaşamışıq, ömür boyu Allah-təala bizi gözləyib ki, nə edəcəyik, nə etməyəcəyik? Onun qabağında biz kimik ki?”, - deyə əməkdar artist bildirib.

“Nadir Qafarzadə ilə çox yaxın dostsunuz, amma oğlunun toyunda sizi görmədik. Buna səbəb nə idi” sualına isə müğənni belə cavab verib:

“Xeyr, getməmişdim, heç xəbərim də yoxdur. Dəvət etsəydi xəbərim olardı. Deyir məsləhətli don gen olar. Toy onundur, ürəyi kimi istəyib, onu da çağırıb. Ondan inciməmişəm, heç bu haqda da düşünməmişəm. Bir dənə onu arzulayıram ki, övladı xoşbəxt olsun, nəvə payı görsün. Mən artıq hamını silib qoymuşam kənara. Çox adamlara dost deməyə peşman olmuşam. Nə sənəti, nə də şəxsiyyəti olmayanlar özlərini çəkib dağ başına qoyublar. Mən bu boyda sənətimlə hər zaman sadə aparmışam özümü”, - deyə müğənni bildirib.

Geri qayıt