Əsas Səhifə > Şou-biznes > "Təbrik erməni dilində olmamalı idi"

"Təbrik erməni dilində olmamalı idi"


21-12-2021, 10:49
"Təbrik erməni dilində olmamalı idi"
Millət vəkili Tural Gəncəliyevin köməkçisi Samir Məmmədov "Eurovision Junior"un qalibi olan erməni yeniyetməni ermənicə təbrik edib.

O, sosial şəbəkədəki təbrikində "Musiqi dünyəvidir. Təbriklər, Melena", - deyə qeyd edib.

Onun bu təbrikinə etiraz edənlər də az deyil.

DİA.AZ bildirir ki, cebhe.info bununla sənət nümayəndələri arasında sorğu keçirib.

Xalq artisti Flora Kərimova deyib ki, gərək Azərbaycan dilində təbrik yazardı: "Bizim Prezidentimiz deyib ki, ərazimizdə yaşayan ermənilər bizim vətəndaşlardır. Bu sözlərdən sonra biz özümüzü necə aparmalıyıq? Mən düşünürəm ki, təbrik erməni dilində olmamalı idi, gərək öz dilimizdə yazardı. Ancaq təbrik olmalıydı, burada qəbahət iş yoxdur. Azərbaycan dilində təbrik etsəydi, düzgün olardı. Bizim erməni xalqı ilə düşmənçiliyimiz yoxdur, düşmənçiliyimiz onların işğalçı siyasətiylədir. Biz də layiqincə o işğalçıya cavab verib diz üstündə qoymuşuq, belini də qırmışıq".

Firəngiz Mütəllibova deyib ki, özü belə təbrik yazmazdı: "Şəhidlərimizə görə heç vaxt belə bir şeyə razı olmazdım. Mən nə belə bir təbrik yazardm, nə də övladım belə tərbik yazmaq istəsə, qoyardım. Yazsa da deyərəm ki, Azərbaycan dilində yaz, emənicə yox".

Xuraman Şuşalı qeyd edib ki, bu, şəhidlərimizə hörmətsizlikdir: "Adam dostunu, yaxınını təbrik edər. Düşməni niyə təbrik edəsən? Şəhidlərimizin hələ qanı soyumayıb ki, ermənini təbrik edək. Əslində, xoşagəlməz haldır".

Geri qayıt