Əsas Səhifə > Şou-biznes > “Efirlərdə əxlaqsızlığı təbliğ edən müğənniləri toylarda başda oturdurlar...”
“Efirlərdə əxlaqsızlığı təbliğ edən müğənniləri toylarda başda oturdurlar...”20-12-2021, 12:18 |
“Ailə-məişət mövzusundan bəhs edən verilişlər reytinq gətirdiyi üçün televiziyalarımız da bunu edirlər. Başqa cür etmək olmaz axı. Yəni insanlar onu istəyir. Nə reytinq verirsə, onu da yayımlayırlar. Normal, maarifləndirici verilişlərə insanlarımız baxmır. Dünən baxıram ki, bir hüquqşunas “Tik-Tok”da canlı yayım açıb və insanlara hüquqdan danışır. Amma baxanda görürsən ki, onu cəmisi on beş nəfər izləyir. Amma heç bir sənəti, cəmiyyətə xeyri olmayan, əksinə cəmiyyəti pis şeylərə sürükləyən adamlar canlı yayım edəndə millət orda dolu olur. Onları bəyənirlər, hədiyyələr göndərirlər. Bunu da edən özümüzük, kimisə qınamaq lazım deyil” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. Akrtisanın sözlərinə görə bayağı, şou xarakterli verilişlərə insanlarımız daha çox vaxt ayırırlar: “Televiziyalarımız da bu cür verilişlərdən reytinq qazanıb, özlərinə sponsor tapırlar. Normal maarifləndirici verilişlərə sponsorlar yoxdur, televiziyalarımız neyləməlidirlər?! Normal, abırlı geyimli müğənni efirə çıxır, amma ona baxan olmur, heç məclisə də çağırmırlar. Amma başqası çıxıb əxlaqsızlığı təbliğ edir, onu toy məclislərində başda oturdurlar. Abırlı müğənni də buna baxıb təəssüflənir. Əsl, peşəkar musiqini təbliğ edən sənətçiyə qiymət verən yoxdur. Belə verilişlərdə bir-iki dəfə ekspert kimi iştirak etmişəm. Amma mənim belə şeylərə marağım yoxdur, özümü pis hiss edirəm, əsəb keçirirəm”. Geri qayıt |