Əsas Səhifə > Şou-biznes > "Hələ də mənə köməklik edən insan yoxdur"

"Hələ də mənə köməklik edən insan yoxdur"


20-12-2021, 09:20
"Hələ də mənə köməklik edən insan yoxdur"
“Sizin saytda mənim xəstə olmağımla bağlı məlumat yayımlanandan sonra digər saytlar da mənimlə əlaqə saxladılar. Zəng etdilər, gəlib məndən müsahibə aldılar. Hər dəfə zəng gələndə ümidlənirəm, fikirləşirəm ki, görəsən hansı yardımsevər insandır? Amma hələ də mənə köməklik edən insan yoxdur”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elmira Əliyeva bildirib. O daha sonra əlavə edib:

“Mənə dedilər ki, müğənni Röya səninlə bağlı paylaşım edib. Sağ olsun, bunun özü də təbliğatdır, bəlkə onun sayəsində səsim gedib yuxarılara çatar. Amma istərdim ki, Röya gəlib mənimlə maraqlansın, yaşadığım evi, şəraitimi görsün. Bəlkə bundan sonra kimsə mənə köməklik edər? Vaxtında o qədər müğənnilərə, sənətçilərə əl tutmuşam, sənətə gətirmişəm ki. İndi onların heç biri məni yadına belə salmır”, - deyə müğənni bildirib.

Geri qayıt