Əsas Səhifə > Şou-biznes > Əməkdar artist yenidən xəstəxanaya yerləşdirilib

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirilib


17-12-2021, 11:30
Əməkdar artist yenidən xəstəxanaya yerləşdirilib
Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Lent.az-ın məlumatına görə, saçlarını yenidən qırxdıran "Toppuş bacı" bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:

“Bu da 34-cü kimya terapiyam. İnşallah, hər şey yaxşı olacaq. Dualarınızı əskik etməyin. Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevə və onun bütün tibb personalına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirilib

Geri qayıt