Əsas Səhifə > Şou-biznes > “İllərdi qazandığımız hörməti hansısa aparıcı yersiz sualı ilə yerə vurmamalıdır...”

“İllərdi qazandığımız hörməti hansısa aparıcı yersiz sualı ilə yerə vurmamalıdır...”


11-12-2021, 09:26
“İllərdi qazandığımız hörməti hansısa aparıcı yersiz sualı ilə yerə vurmamalıdır...”
“İllərdir, addım-addım, pillə-pillə, zəhmətlə gəlib bu yerlərə çıxmışıq. Söhbət tək bizdən yox, bir çox sənətkarlardan gedir. Əlbəttə ki, istəmərik ki, kimsə adi bir sualla bizi insanların gözündən salsın. Mən bunun qəti əleyhinəyəm. Çünki biz duyğusal, kövrək və incə qəlbli oluruq. Problemlərimizi heç bir zaman efir vasitəsilə insanlara bildirmirik. Aparıcıların suallarını sadəliyimizdən, səmimiyyətimizdən irəli gəlib cavablandırmışıq, amma bunu reytinq yığmaq üçün anonslarla şişirdib, cammatı çaşdırmaq da düzgün deyil. İnsanlar da verilişə yox, anonsa baxırlar və bizi tənqid edirlər. Mən qətiyyən onları da qınamıram. Aparıcılar başa düşsünlər ki, biz belə şeylərlə gündəmdə qalıb, reytinq qazanmırıq. Kimsə istəyərsə, əgər özləri xahiş edibsə onlar üçün bu cür şoular edə bilərlər. Şəxsən mənə xoş deyil. Bizim sənətimiz insanlara önəmli olmalıdır. Sadəliyimizdən və səmimiyyətimizdən aparıcıların istifadə etməsini istəməzdik. İllərdir hörmət qazanmamışıq ki, hansısa aparıcı yersiz sualı ilə bu hörmətimizi yerə vursun”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova bildirib. O daha sonra rol aldığı filmdən də danışıb.

“Mən hələ tələbəlik illərində 4 diplom tamaşasında oynamışam. Öncə xanəndəliyi, sonra isə aktyorluq sənətini bitirmişəm. Düşünürəm ki, hər bir xanəndə mahnı oxuyarkən obraz yaratmalı, xarakterini verməlidir. Bəzən görürsən ki, qəmgin mahnı oxuyurlar, amma üzləri gülür. Bunlar heç xoşagələn hal deyil. Mən səhnədə Leyli obrazını da yaratmışam. Burada həm ifa, həm də aktrisalıq önəmlidir. İlk çəkildiyim film “Ana və poçtalyon” olub. Burada mən Ənvər Sadıqovun həyat yoldaşı obrazını yaratmışam. Uşaqlıqdan, hətta 3-4 yaşlarımdan aktrisa olmaq istəyirdim. Ailəm də bu istəyimə qarşı çıxmırdı. Xalq artisti Nurəddin Mehdixanlının təşəbbüsü ilə “Burulğan” serialına dəvət alıb çəkilmişəm. İnanıram ki, çox gözəl ekran işi ərsəyə gələcək” deyə o bildirib.

Geri qayıt