Əsas Səhifə > Şou-biznes > “Ölkədə milli düşüncəli adamları nazir müavini təyin etmək lazımdır...”

“Ölkədə milli düşüncəli adamları nazir müavini təyin etmək lazımdır...”


2-12-2021, 16:03
“Ölkədə milli düşüncəli adamları nazir müavini təyin etmək lazımdır...”
“Mən kiminsə şəxsi rəqsini müzakirə etmək fikrində deyiləm, amma çox eybəcər, iyrənc rəqs edib. Deyirlər ki, bu erotik rəqsdi, amma heç elə də deyil. Adam var qəşəng, adam da var belə rəqs edir. Yəqin ki, ətrafdakılar da ona gülüblər”

Bunu Moderator.az-a açıqlamasında aparıcı Kamran Həsənli gənclər və idman nazirinin yeni təyin olunan müavini Mariana Totevanın müzakirələrə səbəb olan rəqsi haqda danışarkən deyib. K.Həsənli bir adamın nazir və ya müavini təyin olunması üçün müəyyən kriteriyaların vacib olduğunu bildirib:

“İndi təyin olunan nazirlər və nazir müavinlərinin əgər milli düşüncəsi, təfəkkürü yoxdursa, onların bu vəzifəyə təyin olunması düzgün deyil. Mən çox şübhələnirəm ki, onların milli düşüncəsi, Hüseyn Cavidin, Əhməd Cavadın aşiqi olsun, gələcəyin odlu-alovlu düşüncələri ilə yaşasınlar. Güman edirəm ki, milli düşüncəli adamları nazir müavini təyin etmək lazımdır. Başqa millətin nümayəndəsinin nazir və ya nazir müavini olmasının əleyhinə deyiləm. Amma o, mütləq bizim ana dilimizdə səlist danışmalıdır. İndi bilmirəm haqqında danışılan xanım bizim dildə danışa bilirmi? Bir də hansı xidmətlərinə görə onu nazir müavini təyin ediblər. Güman edirəm ki, onu rəqsinə görə nazir müavini təyin etməyiblər. Görən onun hansı siyasi uğurları, xidmətləri var?”.

Geri qayıt