Əsas Səhifə > Şou-biznes > "Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər"

"Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər"


30-11-2021, 13:00
"Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər"
“Ümumiyyətlə, mənə elə gəlir ki, fəxri adlar ləğv edilməlidir. Onun yerinə “Azərbaycan Respublikasının xalq sənətçisi” adı olmalıdır. Bu adı da yaşlı sənətçilərə verməlidirlər. Məsələn, mənim, Akif İslamzadənin, Zaur Rzayevin yaşında olan insalara bu adı vermək olar. Artist sözü pis səslənir, bəzən adama deyirlər ki, özünü artistliyə qoyma. Nə olsun sənə bu adı verirlər, götürmə də”

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev fəxri adlar haqda danışarkən deyib. O, buna görə fəxri ad alan bəzi müğənniləri sərt tənqid edib:

“Məsələn, məndə belə ad yoxdur, sadəcə adımın qabağında müğənni yazılır. Bir də ki, təqdimat olmalıdır. Gecə klubunda oxuyanlar necə Xalq artisti ola bilər. Gecə klubunda oxuyanlar küçə mahnıları oxuyurlar axı. Gedib bir-iki dəfə baxmışam və adamın beyni yerindən çıxır. Miri Yusif rep deyir və Xalq artistidir. Yekə kişisiniz, bu nədir. Rep hara, Xalq artisti hara. Nə gəldi ağızlarına deyirlər. Heç özləri də bilmirlər nə deyirlər. Artıq əndazəni aşıblar. Belə olmur, hər bir şeyin sahibi xalqdır. Bu əgər Azərbaycan musiqisini oxuya bilmirsə, hansı xalqın artistidir?! Bu düzgün yanaşma deyil axı. Habil Əliyev, Arif Məlikov və onlarla eyni sırada yer alan Miri Yusif. Vallah bu gülməlidir.

İlqar Muradov nağıl danışır, deyir ki, biri var idi, biri yox idi. Adını da qoyub ki, şanson oxuyuram. Mənə səs göstərin, elə sənin kimi nənəm də oxuyar. Biz görəsən bu səsi haçan görəcəyik. Amma Xalq artistidir. Eyyub Yaqubov erməni mahnıları oxuyur, Xalq artistidir. Ayıbdır, bunları yığışdırın”.

Geri qayıt