Əsas Səhifə > Şou-biznes > "Mən də anam tərəfdən bu nankorluğu yaşadım"

"Mən də anam tərəfdən bu nankorluğu yaşadım"


29-11-2021, 09:13
"Mən də anam tərəfdən bu nankorluğu yaşadım"
Moderator.az-a daxil olan məlumata görə, tanınmış aktrisa Sonaxanım Əliyeva anasından imtina edib.

Məlumatın doğruluğunu öyrənmək üçün sənətçi ilə əlaqə saxladıq. O, saytımıza məsələ ilə bağlı bunları dedi:

“Sözün düzü, bilmirəm ki, bu məlumatı mətbuata kim xəbər verib?! Çox şeyi açıqlamaq, açıb-ağartmaq istəmirəm. Bəli, anamla münasibətlərimiz çox yaxşı idi. 46 yaşa qədər gəlib çatmışam, anama da hər zaman baxmışam. Belə çıxır ki, səbəbsiz yerə anamdan üz döndərmişəm?! Xeyr! Sadəcə olaraq məsələyə hansı tərəfdən baxırsansa bax, yenə də maddiyata bağlanır. Pandemiya vaxtı toylar yox idi deyə mən çox adamların iç üzünü gördüm, içi anam qarışıq. İndi daha nə edək? Həyatdır da. Övladın nankorluğu ilə insanlar tez-tez rastlaşırlar, amma anaların nankorluğu ilə o qədər də rastlaşmırıq. Mən də anam tərəfdən bu nankorluğu yaşadım. Bir övladı dünyaya gətirirsənsə və ona ömür boyu nifrətlə yanaşırsansa onu niyə dünyaya gətirirsən? Niyə böyüdürsən? Mən çox şeyləri keçdim ona, çünki fikirləşdim ki, cənnət anaların ayaqları altındadır. Amma məhkəmə, polis şöbələri, dələduzluq maddəsi ilə məni hədələmək və s.. Bezdim! Hər şeyin qədəri var da. Hər səbr kasasının da dolan vaxtı olur. Valideynsənsə, sən mənə qan uddurmamalısan! Həyatdır da. Ömür boyu əlimin duzu olmayıb. Hər şeylə barışmaq lazımdır. Allahın verdiyi bu günə şükür olsun. Heç nə demirəm, sadəcə o insan mənim üçün həyatda yoxdur, xatirələrimə belə gətirmək istəmirəm. Yoxdur da. Mən də o yetimlərdən biri. Artıq bir müddətdir ki, birlikdə də yaşamırıq”, - deyə aktrisa bildirib.

Geri qayıt