Əsas Səhifə > Şou-biznes > “Nazirlik ev vermir, heç olmasa 1700 manat ödəyib xəstəxanadan çıxmağımıza kömək etsin”
“Nazirlik ev vermir, heç olmasa 1700 manat ödəyib xəstəxanadan çıxmağımıza kömək etsin”27-11-2021, 09:44 |
“Novruz hər dəfə deyirdi ki, ağrıyıram. Deyirdim ki, gəl həkimə gedək, getmək istəmirdi. Küskün idi nədənsə. Keçən il insult olmuşdu. Deyirdi ki, qolum və ayağım uyuşur. Bu xəstəliyini müalicə etdik, yeni özümüzə gəlirdik ki, dedi ki, köp məni öldürür. Qəfildən halı pisləşdi və onu xəstəxanaya çatdırdıq. Fikirləşdik ki, bəlkə soyuqlayıb. Milli Onkologiya Mərkəzinə gətirdik, yoxlayıb dedilər ki, bağırsağında şiş var. Təcili əməliyyat etdilər. Həkim deyir ki, bir az da qalsaydı şiş partlayardı. Bağırsağı tamamilə sıradan çıxıb. Qaraciyərinə də, ağciyərinə də su yığılıb. Ciyərlərini aparata bağlayıblar. Mən də insult keçirmişəm, öz dərdim yadımdan çıxıb. Əməliyyatdan ayılan kimi deyib ki, hanı mənim qızım? Gətirin onu yanıma. Şiş bütün bədəninə yayılıb” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın aktyoru Novruz Qartalın həyat yoldaşı Zərqələm Əliyeva deyib. O daha sonra maddi vəziyyətlərinin ağır olduğunu bildirib. “Biz bu günə qədər də kirayələrdə yaşayırıq, aya 400 manat kirayə pulu veririk. Qışdır, istilik sistemi də yoxdur evimizdə. Qızım deyir ki, atamı aparıb yanımda baxaram, ona bu evdə soyuq olar. 55 ildir ki, Novruz teatrda çalışır, amma buna baxmayaraq kirayələrdə yaşayırıq. Əməkdar artist 55 il kirayədə yaşayar? Biz Ginnesin rekordlar kitabına düşmüşük! O burda olsaydı mən bu sözləri deyə bilməzdim! Çünki xoşlamırdı, deyirdi ki, bir adamın yanında deməyin ki, mən kirayədə qalıram. Novruz gör kimlərlə çalışıb? Bir tək elə Nəsibə Zeynalovanın adı kifayətdir. Sağ olsunlar Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev başda olmaqla bütün kollektiv, truppa müdiri hamısı hər an zəng edib maraqlanırlar. Əliqismət müəllim dedi ki, yanına da gedəcəyəm. Novruza deyirdim ki, gəl gedək Mədəniyyət Nazirinin qəbuluna , sən sakit dayan, mən danışım. Gedim deyim ki, dünənki uşağa xalq artisti fəxri adı verirsiniz, Novruzu niyə yaddan çıxartmısınız?! Onun nə qədər ömrü qalıb ki? Ölüm ayağında arzusunu həyata keçirəcəksiniz?! Sizin vasitənizlə Mədəniyyət Nazirliyinə müraciət edirəm, onlardan xahiş edirəm ki, bu işə ciddi yanaşsınlar. Kirayədə yaşayırıq, xahiş edirəm bizi evlə təmin etsinlər. 1700 manat xəstəxanadan çıxanda ödəməliyik. Cibimizdə heç 100 manat da yoxdur. Hamısını iynə-dərmanlara vermişik. Ev vermirsiniz, təqaüd vermirsiniz verməyin. Heç olmasa iynə-dərman və xəstəxana xərclərini qarşılayın. O səhnə adamıdır, amma elə vaxt olub ki, özünə geyim ala bilməyib. Bir köynək kostyumla bütün verilişlərdə iştirak edib. Novruz xəstəxanaya düşəndən 800 manat sələmə pul götürmüşəm. Onu necə ödəyəcəm heç özüm də bilmirəm” deyə sənətkarın həyat yoldaşı bildirib. Geri qayıt |