Əsas Səhifə > Şou-biznes > “Bu sözümə görə mənə deyirdilər ki, bəxtəvər, ərin səni boşamır, ona görə belə danışırsan..?”
“Bu sözümə görə mənə deyirdilər ki, bəxtəvər, ərin səni boşamır, ona görə belə danışırsan..?”25-11-2021, 09:54 |
“Şükür Allaha, bir az həvəsləndim və gedib 3 musiqi yazdırdım. Musiqi yazdırmaq asan iş deyil, səhərdən axşama qədər məşq edirsən, sonra zapis etdirirsən. İstəmədim ki, efirə köhnə ifalarla çıxım. Qoy tamaşaçılarım yeni musiqilərimi eşitsinlər. Mən bəstəkardan yeni mahnı almıram, eşitdiyimiz məşhur musiqiləri öz qarmonumda ifa edirəm. Ona görə də müğənnilərdən fərqli olaraq bu mənə elə də baha başa gəlmir. 3 musiqi də oranjemandadır, onları da yazdıracağam. İstəyirəm ki, pandemiya bir az yadımdan çıxsın, amma belə görürəm ki, xəstəlik sayı artır, yenə də yadımızdan çıxmır. Bu sənətdə gərək yatmayasan, yatdın batdın. İşləməyəndə həvəsdən düşürsən, sonra da həvəslənmək çətin olur. Həyat yoldaşım Zahidin ölümündən sonra musiqi zapis etdirmirdim. Allaha yalvarırdım ki, mənə güc ver, ayağa qalxım, sənətimlə məşğul ola bilim. Zahid həmişə mənə deyirdi ki, yeni mahnı yazdırmısansa dur get çəkilişlərə. Köhnə mahnılarla nə var dəqiqədə bir efirə çıxırsan?” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülbahar Şükürlü bildirib. O daha sonra əlavə edib. “Dünən bir verilişdə çıxış etdim, yeni musiqilərimi səsləndirdim. Elə bilirəm ki, Zahidin ruhu şaddır. Məni əvvəllər verilişlərə çağıranda həvəssiz olurdum, Zahid deyirdi ki, Gülü, bu sənin işindir. Niyə getmirsən?! O məni həvəsləndirirdi ki, mütləq getməlisən! Mənim uğurlarıma məndən çox sevinirdi. Ona görə də elə bilirəm ki, çəkilişlərə getsəm onun ruhu şad olar. Sənət dostlarım mənə deyir ki, Gülbahar xanım, biz elə bilirdik ki, Zahid səni çox istəyir. Biz bilmirdik ki, sən onu onun səni çox istəməyindən də çox istəyirsən! Mən gedib gərək onu tumarlayardım ki, Zahid, ölürəm səndən ötrü?! Yoxsa efirdə, camaatın qarşısında sevgimi ona etiraf etməli idim?! Belə etmək olmur axı! O hər zaman mənə qulluq edib, bir-birimizin qədrini bilmişik” deyə Gülbahar Şükürlü bildirib. O, daha sonra “Bilsəydim Zahiddən boşanardım” fikrinə də münasibət bildirib. “Bu sözü, düzgün həzm edən insanlar düzgün başa düşür. Düşüncəsiz insanlar əlbəttə ki, düzgün başa düşməyəcəklər. Bizi ancaq ölüm ayıra bilərdi, ölüm də ayırdı. Biz məktəb vaxtımızdan bir-birimizi sevmişik, elçiliklə, toyla, ədəb-ərkanla ailə həyatı qurmuşuq. Onun ölümü mənə o qədər pis təsir etdi ki. Evdə uşaqlara deyirəm ki, axı o arada məni hirsləndirirdi. Neynirdi mən hirslənirdim? Elə sözlər deyirlər ki. O mənada dedim ki, kaş boşanardım ondan, indi mənə belə təsir etməzdi, yandırıb yaxmazdı. Düşüncəsiz insanlar mənim bu sözümü min yerə yozurlar. Yaxşı, mən onlara nə cavab verim?!” deyə sənətçi bildirib. “Tanınmış sənətçilər sizcə ailə həyatları ilə insanlara örnək olmağı bacarırlar?” sualına isə Gülbahar xanım belə cavab verib. “İndiyə qədər hansı sənət adamı yeni doğulan övladını küçəyə atıb qaçıb? Var belə biri? Yoxdur! Bayaq instaqramda oxuyuram ki, bir ana 3 övladını ataraq, qonşunun kişisi ilə qaçıb. Elə şey olar?! Qoy desinlər də filan xalq yaxud əməkdar artist bunu edib! Ömründə belə ola bilməz! Həyatda ən pis insan övladını atan anadır. Musiqiçilər, şou-biznes adamları ən yaxşı insanlardır. Toy istəyən adamlar pis ola bilməzlər. Bunu birdəfəlik qulaqlarında sırğa etsinlər. Biri ərinin atası ilə qaçır, biri arvadının rəfiqəsinə qoşulub gedir. Qulağımız daha nələr eşitmir ki?! Müğənni Ayan Babakişiyevanın bu mövzularda söhbətlərinə çox qulaq asıram. Elə düzgün, ağıllı danışır ki! Bu günlərdə danışırdı ki, bizi tanımaq elə də çətin deyil, bütün tanınmışların xasiyyəti, xüsusiyyəti göz qabağındadır. Hamısını tamaşaçı tanıyır! Amma evli sadə insanlar var ki, adam onları tanımır. O gün Elgizin verilişinə bir qadın gəlib ki, uşağıma baxa bilmədiyim üçün ondan imtina edirəm. Sonda Elgiz dedi ki, ver mən baxım! Bəs onda qazilərin yerinə olsaydınız neylərdiniz?! Hərdən dişim ağrıyır, sonra öz-özümə fikirləşirəm ki, qazilərdən artığam?! Biz az təsəlli tapıb, onlardan nümunə götürsünlər də. O gün də verilişinə bir cütlük gəlib. Soruşur ki, niyə ayrıldınız?! Deyirlər ki, danışığımız tutmadı. Elə bil ki, bunlar biznesmendirlər, iş qururular, amma danışıqları alınmayıb. Bir dəfə verilişdə dedim ki, əvvəl bizi ər evinə göndərəndə deyirdilər ki, ordan ancaq oradan meytin çıxar. Yəni ki, o evdə qocalıb, qarı ol! Mən də dedim ki, gənclər ayrılmasın, uşaqlar travma almasın. Məni top-tüfəng atəşində tutub dedilər ki, bəxtəvər səni ərin boşamır, ona görə belə deyirsən! Deyirlər ki, balaların var! Siz mənim balalarımın boşanmağını istəyirsiniz?! Mənim övladlarım toylarına bir jurnalist çağırmağımı qoymadılar. Onlar bu aləmdən tamamilə uzaqdırlar” deyə sənətçi bildirib. Geri qayıt |