Əsas Səhifə > Şou-biznes > “Həyatda şənlik, toy, pul qazanmaq həmişə var, amma bu insanın gözünü örtməməlidir...”
“Həyatda şənlik, toy, pul qazanmaq həmişə var, amma bu insanın gözünü örtməməlidir...”19-11-2021, 10:53 |
“Elmira xanımın dedikləri düzdür. Bir neçə il öncə eşitdim ki, xəstələnib, oğlu da xəstə idi. Mən də ona baş çəkdim və bərbad bir evdə yaşayırdı. Həqiqətən də məndə vəziyyət başqa cürdür, kömək edəcək adamlarım çoxdur. Onda da Elmira xanıma demişdim sənə baxardım, amma fikirləşdim ki, yerim-yurdum yoxdur. O vaxt indiki kimi şəratimiz yox idi. Amma bütün sənətçilərə tövsiyə edərdim ki, imkan dairəsində belə ehtiyacı olan insanları yoxlasınlar” Bunu Moderator.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. Müğənni imkan daxilində ehtiyacı olan insanlara həmişə köməklik etdiyini bildirib: “Həyatda şənlik, toy, pul qazanmaq həmişə var, amma bu insanın gözünü örtməməlidir. İnsan bir az da özündən aşağı səviyyədə yaşayanlara diqqət göstərməlidir ki, Allaha da xoş getsin və onun işini rast gətirsin. Həmişə bağlı qapı arxasında olan qardaşlarımızı da yoxlayıram. Əlsiz-ayaqsız olanlara imkanım dairəsində köməklik edirəm. İmkanım lap artıq olsaydı, bəlkə də çox şey edərdim. İki ildir ki, pandemiyadır və vəziyyət çox aşağı düşdü. Yoxsa ki, mənim ürəyim həmişə əlsiz-ayaqsız insanlarla olur. Kefi kök olan insanı yoxlamasan da olar, amma kefi kök olmayan insanlara diqqət göstərmək lazımdır. Allah camaatımıza dəyməsin, xalqımızı qorusun”. Qeyd edək ki, əməkdaşımızla söhbəti zamanı səhhətindən və dolanışığından gileylənən müğənni Elmira Əliyeva müğənni Tacir Şahmalıoğlunun bir dəfə ona baş çəkdiyini bildirib: “Heç kimdən köməklik görmürəm, artıq gözləmirəm də. Sağ olsun bir dəfə Tacir Şahmalıoğlu gəlib yaşayışımla maraqlanmışdı. Demişdi ki, 18 baş ailəyə köməklik edirəm, yoxsa sənə baxardım” . Geri qayıt |