Əsas Səhifə > Şou-biznes > "Qanımızı qaraldan hadisələr çox olur"

"Qanımızı qaraldan hadisələr çox olur"


18-11-2021, 08:59
"Qanımızı qaraldan hadisələr çox olur"
“Artıq bir müddətdir ki, toylar başlayıb, amma hələ ki, hər şey əvvəlki kimi bərpa olunmayıb. Bu yəqin ki, bizdə zaman alacaq. Ona görə də bura qədər dözmüşüksə bir az da dözməliyik. Yeni mahnılar yazdırmaq istəyirəm, amma həvəs yoxdur. Sadəcə olaraq bu müharibədən sonra bir neçə vətənpərvər mahnı yazdırdım, daha sonra həvəs gəlmədi. Stimul mənbəyim yoxdur. Nə edə bilərəm?”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib. O daha sonra əlavə edib.

“Qanımızı qaraldan hadisələr çox olur. Bir çox sənət yoldaşlarımızı itirdik, bax bu da bizi bir az sənətə küsdürüb. Gəlimli-gedimli dünyadır, bu gün yanımızda olan dostlarımızın, sabah ölüm xəbərini eşidirik. Olmaz ki, hamı bir-biri ilə mehriban olsun? Verilişlərə də dəvət alıram, amma ürəyim hələ tam açılmır deyə getmirəm. Bəlkə də zaman keçdikcə hər şey düzələcək, amma hazırda vəziyyət belədir! Maddi durumum da neytraldır. Deyə bilmərəm ki, əla qazanıram, orta səviyyədədir hər şey. Toyların vəziyyəti çox pisdir, adam sayı da azalıb. Əvvəl bir toya 10 müğənni dəvət edirdilərsə indi bu sayı 2-yə ya da 1-ə endiriblər. Qazancımız bir sözlə əvvəlki illərdəki kimi deyil” deyə müğənni bildirib.

Müğənni oğlunu evləndirməsi ilə bağlı sualı belə cavablandırıb.

“Bu qismətdir, alın yazısıdır. Nə vaxt Allah nəsib etsə, oğlum da evlənəcək. Şükür Allaha, qızım ailə həyatı qurdu. O gün olsun ki, Allah mənə nəvə qismət etsin, nənə olum. Bu mənim ən böyük arzumdur” deyə müğənni bildirib.

Geri qayıt