Əsas Səhifə > Şou-biznes > "Bu məxluqlara, bu millətə yaxşılıq yoxdur"
"Bu məxluqlara, bu millətə yaxşılıq yoxdur"18-11-2021, 08:52 |
“Bu hadisə məni həddindən ziyadə çox ağrıdır. Mən artıq 3 gündür hadisələrin içindəyəm, izləyirəm, baxıram görüm nədir, nə deyil? İnanın mənim həkimlərim artıq gücdən düşüblər. Deyirlər ki, Afaq xanım, bu qədər olmaz, ağlamayın! Deyirəm ki, mən orada döyüşənlərdən, şəhid olanlardan, torpağın altında yatanlardan artıq deyiləm. Lazım gəlsə lap yaralı canımı verərəm! Vallah dözə bilmirəm. O qudurmuş itlər artıq dərəcələrini aşıblar. Onlarda bu ürək, kişilik, mənim ordumun, əsgərimin qabağına çıxası güc yoxdur. Lakin onun fitvaçısı həddindən artıq çox güclüdür. Burada söhbət Qarabağ və torpaqdan, onun təbiətindən, yeraltı, yerüstü sərvətlərindən gedir. Bu yerlərdə də gözlər çoxdur. Biz hamımız bilirik ki, onları fitvalandıran kimdir? Biz bu qədər hümanistik! Onlara 10 gün icazə verdik ki, Kəlbəcərdən yığışıb çıxsınlar, axır gedişləri oldu, amma Kəlbəcəri yandırdılar. Biz onlara vaxt və imkan verdik, onlar da yollara o ki, var, mina basdırdılar. Bizim onlara yazığımız gəldi, xəstələrini gətirdik burada su, çay, yemək verdik. Onların burnundan gəlsin. Gedib arxamızca danışdı. Ona görə də bu məxluqlara, millətə yaxşılıq yoxdur. Mənim 8 şəhidim var. Hələ o fəxri xiyabanda dəfn olunan şəhidlərin haqqından necə çıxacağam deyə fikirləşdiyim bir vaxtda mənim 8 şəhidim də gəldi üstünə. Bunun axırı necə olacaq?” Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib. “Dəmir yumruğun artıq polad yumruğa çevrilməsi vaxtıdır. Mən öz xalqıma müraciət edirəm. Hamınızı çox gözəl başa düşürəm, özüm də sizlərin içindəyəm. Amma burada torpaq və vətəndən söhbət gedir. Sənliyindən, mənliyindən, vətənpərvərliyindən, vətənindən söhbət gedir. Yox, əgər sən vətənsiz, yersiz, yurdsuz olmaq istəyirsənsə içindəki bəzi xislətləri davam etdir. Sərt qərarlar qəbul etməliyik. İstər mülki, istərsə də hərbi şəxslər, bir sözlə hamımız. Ordumuzun rəhbərlərinə inanırıq və onlara etimad göstəririk. Gəl açıq etiraf edək ki, 2-ci vətən müharibəsi başladı. Çox təəssüflər olsun ki, başladı. Amma bir şüarla, 8 şəhidə 8 min erməni. Bax belə! Onlar heç vaxt sakitləşməyəcəklər, çünki onları sakitləşməyə qoyanlar yoxdur. Çünki onlar mafiyalarından külli miqdarda pul alıblar, dəstək görüblər. Onların o böyükləri imkan verməz ki, sakitləşsinlər. Onlar açıq görüşə çıxan adamlar deyil, hamısı arxadan iş görən adamlardır. Mən onları bu qədər mədəniyyətsiz, tərbiyəsiz, pis xislətli kimi tanımazdım. Deyirəm ay Allah, sənə qurban olum. Onları da sən yaratmısan? Deyirsən ki, mənim yaratdıqlarıma heç bir kəsin irad tutmağa ixtiyarı yoxdur. Mən ona necə irad tutmayım ki, o mənim günahsız balalarımı şəhid edir, ana və atalarının belini büküb sındırır! Hamımız bir nəfər kimi ayağa qalxmalıyıq, istər yalın əllə, istərsə də texnikalarımızla. Xalqım, bir-birinizə dəstək olun, gic-gic, axmaq-axmaq danışan insanlara inanmayın! Vətən əldən gedə bilər! İnamınız bir tək Ali Baş Komandana, ordumuza olsun! Biz şəhid analarının, atalarının gözünü yaşlı qoymamalıyıq. Heç kəsin mənafeyini burada yalandan və doğrudan deyib müdafiə etmirik. Bizim məqsədimiz budur ki, qan yerdə qalmamalıdır. Qurtardı getdi! Bu müharibənin adı qisasdır, çünki onlar bizə yetəri qədər çəkdirdilər. Bir dəfə də olsun dünya birliyi bizim səsimizə səs vermədi. Şikayətlər qəbul olunmadı. Amma müharibənin üstündən illər keçəndən sonra bizə qarşı iddia qaldırdılar ki, sən demə erməni orada xaçını, vazgenin şəkilini qoyub gəlib” deyə sənətkar bildirib. Geri qayıt |