Əsas Səhifə > Şou-biznes > “Deyirlər ki, övladımı qoymaram aktrisa olsun, bilmirəm bizim sənətdə pis nə var..?”
“Deyirlər ki, övladımı qoymaram aktrisa olsun, bilmirəm bizim sənətdə pis nə var..?”16-11-2021, 11:19 |
“Aparıcısı olduğum “Bir gün sizdə, bir gün bizdə” verilişi ətrafında yayılan iddialar əsassızdır. Cəmilə kimdir ki, onun haqqında danışım? O verilişə qatılandan sonra bilmişəm ki, belə bir aktrisa var. Onu massofka bilirdim, tanımırdım. O qızın problemi mənimlə deyil, verilişlədir, layihə rəhbəri ilədir. Amma çox haqsız danışır. Onunla yarışanlardan zəng edib soruşa bilərsiniz ki, o yarışıb və uduzub. Pul uduzana yox, qalib gələnə verilir. Deyir ki, pul mənə çatmalıdır. Əgər ehtiyacı varsa atışıb ona pul verə bilərik. Önəmli bir insana görə adam əsəbləşə bilər, Cəmilə kimdir ki? Tanımıram, bilmirəm. Eşitmişəm ki, Türkiyədən gəlib, qayıdandan sonra ona reklam lazım olacaq, eybi yoxdur. Qoy bizim hesabımıza məşhurlaşsın. Onun bu hərəkətindən dostları da şoka düşüb” Bunu Moderator.az-a açıqlamasında aktrisa Xəyalə Quliyeva bildirib. O daha sonra hazırda çəkildiyi “Qız atası” serialından danışıb. “7-ci mövsümdür ki, “Qız atası” serialında çəkilirəm, ilk çəkiliş günündəki həvəslə çəkilirik. Böyük əhval-ruhiyyə var. Obrazımı da çox sevirəm. Çəkilişlərdə bir dubla çəkilirəm. Anamı oynayan Mətanət Əliverdiyeva bizə deyir ki, narahat olmayın, sizi yormayacağam. “Mator” sözünü eşidən kimi rola elə girir ki, bizə başmaq da atır, saçımızı da yolur” deyə aktrisa bildirib. Xəyalə Quliyeva övladlarının sənət seçiminə sərbəst yanaşdığını bildirib. “Hansı sahəni istəsələr onu da seçəcəklər. Əgər istedadları olmayacaqsa mütləq deyil ki, bu yol ilə getsinlər. Vallah bir çoxları deyir ki, övladımın bu sənətə gəlməyini istəmirəm, bu sənət pisdir. Bilmirəm sənətimizdə pis nədir? Yəqin ki, özü pis həyatı yaşayır, elə bilir hamı pisdir. Normal işləyirsənsə, özünü yaxşı aparırsansa bütün sənətlər yaxşıdır. Pisə qalsa bu bütün sənətlərdə var. Mənim istəyim aktrisa olmaq deyildi, rejissor-aktyor sənətini bitirmişəm, aparıcı olmuşam. Uşaqlıqdan arzulamamışam ki, aktrisa olmalıyam” deyə Xəyalə Quliyeva bildirib. Geri qayıt |