Əsas Səhifə > Şou-biznes > “Pərvizlə Türkana halallıq verməmişəm, gəlib məndən halallıq alsınlar, yoxsa...”

“Pərvizlə Türkana halallıq verməmişəm, gəlib məndən halallıq alsınlar, yoxsa...”


16-11-2021, 09:59
“Pərvizlə Türkana halallıq verməmişəm, gəlib məndən halallıq alsınlar, yoxsa...”
“Çox pis vəziyyətdə zirzəmidə yaşayıram. Qızım 1-ci qrup əlildir, mən isə 2-ci qrup. Aldığımız məvaciblə dolanırıq, bu da kirayə puluna və iynə-dərmana gedir. Qızımın əlil arabası da yoxdur, heç bilmirəm hara gedib müraciət edim. Qızım da çölə çıxıb, hava almalıdır, zirzəmidə havasızlıqdan ürəyimiz sıxılır. Başım çıxmır, mənim çəkdiyim zülmü it də çəkmir. Gedib kiminsə zibilini atıb gəlirəm, bir də görürəm ki, 2 dənə çörək alıb gətirib. Artıq qış meyvələri çıxıb, biz heç yay meyvələrini də yeyə bilməmişik. Mənim həyatda onsuz da bəxtim gətirməyib, heç olmasa ömrümün son günlərini heç olmasa adam kimi yaşayım”

Bunu Moderator.az-a açıqlamasında Nizami Rəmzinin “Canan” mahnısının duet ortağı Samirə Vahabova bildirib. O daha sonra sənət yoldaşlarının etinasız münasibətindən danışıb.

“Heç bir sənət yoldaşım gəlib-getmir. Mənə deyirlər ki, İzzət sənə maddi yardım edir. Vallah İzzəti 3 il bundan əvvəl Roza Zərgərlinin “Bakı vaxtı ilə” verilişində görmüşəm. O vaxtdan nə gəlir, nə də gedir. Əlbəttə ki, istəyirəm gəlib-getsin yanıma. Bəziləri efir vasitəsilə özlərinə reklam qazanırlar. Hətta bir müğənni var idi, gəlib deyirdi ki, çıx efirdə de ki, mənə 2 sumka gətirib. Mən nə qədər ac olsam da qürurum var” deyə müğənni bildirib.

Samirə Vahabova Moderator.az vasitəsilə onun “Canan” mahnısını ifa edən Pərviz Bülbülə və Türkan Vəlizadəyə xəbərdarlıq edib.

“Mənim “Canan” mahnımdan milyonlar qazandılar, amma mən bir dəfə də yada düşmədim. Bu mahnıda mənim də əziyyətim olub, “dolyam” olub. Nizami yazıb, amma mənimlə məsləhətləşib, demişəm ki, filan yerində belə olsa yaxşı olar. Türkanla Pərviz Allahın sağolunu belə demədilər, quru zəng gə etmədilər. Sizin vasitənizlə onlara müraciət edirəm, halallıq başqa şeydir. Bir insana acı soğan ver, amma halallıq al. Mən halallıq verməmişəm, gəlib məndən halallıq alsınlar. Halallıq istəməyincə halallıq da verməyəcəm. Günü elə sabah yanıma gəlsinlər” deyə müğənni bildirib.

Qarşı tərəfin də fikirlərini təqdim etməyə hazırıq.

Geri qayıt