Əsas Səhifə > Şou-biznes > "Burada mənfur qonşuların ruslara yalvarışı, ruslar qarşısında diz çökmələri əks olunub"

"Burada mənfur qonşuların ruslara yalvarışı, ruslar qarşısında diz çökmələri əks olunub"


12-11-2021, 09:04
"Burada mənfur qonşuların ruslara yalvarışı, ruslar qarşısında diz çökmələri əks olunub"
Noybarın 9-da Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinin 1 ili tamam oldu. Bu münasibətlə sülhməramlı qüvvələrin komandanlığı Xankəndi yaxınlığındakı hərbi şəhərcikdə "Qəhrəmanlar xiyabanı" və sülhməramlılara həsr olunmuş abidənin açılışını etdi.

Qarabağın rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazisində belə bir abidənin qoyulması azərbaycanlıların haqlı narazılığına səbəb olub. Abidədə rus əsgərə sığınaraq ona gül dəstəsi təqdim edən, hərbçiyə sanki yalvaran erməni uşağı əks olunub.

Azərbaycan Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov Modern.az-a açıqlamasında Qarabağda sülhməramlılara abidə qoyulmasını pisləyib. O, həmin abidənin çox aşağı səviyyədə hazırlandığını da qeyd edib. Bildirib ki, sözügedən heykəl həm də erməni xislətini ortaya qoyur:

“Bu heykəl professionallığı çox aşağı səviyyədə olan bir əsərdir. Burada mənfur qonşuların ruslara yalvarışı, ruslar qarşısında diz çökmələri əks olunub. Ermənilər bu heykəllə demək istəyir ki, ruslar gəlib onları qorusun. Aşağı səviyyəli, mentallıqdan heç bir əsər-əlaməti olmayan, ermənilərin rəzilliyini sübut edən heykəldir”.

Xanlar Əhmədov heykəlin tunc, bürünc yaxud qranitdən deyil, əksinə, ucuz materialdan hazırlandığını da qeyd edib.

“Heykəl yüngül, ucuz materialdan hazırlanıb. Ola bilsin ki, gipsdən ediblər. Ötəri hazırlanmış heykəldir, ciddi heç nə yoxdur”.

Geri qayıt