Əsas Səhifə > Şou-biznes > "Bəziləri instaqrama tanışlıq, toy tutmaq üçün baxır"
"Bəziləri instaqrama tanışlıq, toy tutmaq üçün baxır"10-11-2021, 08:47 |
“İnstaqramda kimsə gündəlik həyatını, işini, istirahətini paylaşırsa buna normal baxıram. Çünki instaqram bizim həyatımızla bağlı bəzi məqamları paylaşmaq üçündür. Bəziləri instaqrama tanışlıq, toy tutmaq üçün baxır. Mənim elə bir məqsədim yoxdur. Fikir vermisinizsə nə toydan, nə də hansısa şou proqramdan görüntüləri səhifəmdə yerləşdirmirəm” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əminə Şirinqızı deyib. O daha sonra əlavə edib. “Bir sözlə, nə gəldi paylaşmıram. Bəzən instaqramda hər hansısa məşhur ehtiyacı olan şəhid ailələrinin, qazilərin problemini qabardır. Bu həqiqətən də gözəl bir əməldir. Çünki onlar ən azından vasitəçi olurlar. Bir şeyə hər zaman təəccüblənmişəm ki, etdiyin köməkliyi, aldığın ərzağı səhifəndə niyə çəkib paylaşırsan?! Bunun məntiqi mənə çatmır. Əgər sən mənim düşüncəmdə yaxşı insan deyilsənsə, istəyirsən min o cür paylaşım et, mən onsuz da öz fikrimdə qalacağam! Sən bunu paylaşmaqla nəyi əldə etmək istəyirsən? Savabını niyə paylaşırsan? Özlərini günah etməyə gecikirmiş kimi göstərib savablarını paylaşmağa tələsirlər. Artıq o Allaha xatir edilmiş bir savab sayılmır. Əgər belə cəsarətlisənsə bir gün ayır, günahlarını çək paylaş” deyə müğənni bildirib. Əminə “Ailə həyatı qurmaq barədə özünüzə qadağa qoymusunuz?” sualına isə belə cavab verib. “Xeyr, qadağa qoymamışam, çünki tale, qismət Allahın əlindədir. Sadəcə olaraq bütün sevgimi ailəmdə olan anam, atam və qızıma həsr edirəm və 4-cü bir kəsi onların içinə qata bilmərəm artıq. Gələnlər gedənlərdən daha yaxşı olmadı. Mən bir qız övladı böyüdürəm. Valideynlərim məni böyüdəndə qadağa qoymayıblar, məsləhət veriblər. Hansı ki, bu gün o məsləhətlərə əməl edib xeyir tapıram. Həmin məsləhətləri indi valideynlərim qızıma verir. İnşallah ki, qızım da mənim kimi əməl edər” deyə müğənni bildirib. Geri qayıt |