Əsas Səhifə > Şou-biznes > Mühacirətdə oxunan bayraq mahnısı
Mühacirətdə oxunan bayraq mahnısı10-11-2021, 08:44 |
Şair Əhməd Cavadın Osmanlı dövlətinin bir qələbəsi münasibətilə yazdığı “Çırpınardın Qara dəniz” şeiri və bu şeirə bəstələnən mahnı həm Türkiyədə, həm də Azərbaycanda sevilməkdədir. Bu mahnı hər iki ölkədə daha çox müğənni Azərinin ifasında tanınsa da, Türkiyədə hələ 70-80 il əvvəl Azərbaycan Musiqi Heyəti tərəfindən ifa edilib, səs yazısı qeydə alınıb. Mühacirətdə muğam ustadımız Məşədi Məhəmməd Fərzəliyevin (Türkiyədə Mehmed Ferzalı və Mehmed Çaylı kimi tanınıb) rəhbərliyində qurulan bu heyətin Türkiyə arxivlərində qorunan ona yaxın səs yazısı var. Həmin ifalardan ən önəmlisi isə məhz “Çırpınardın Qara dəniz”dir. Səs yazısının nə zaman qeydə alındığını bilmirik. Amma heyət daha çox 1930-cu illərdə aktiv olub. Səs yazısı böyük ehtimalla Məşədi Məhəmməd Fərzəliyevə aiddir. Teleqraf.com nadir səs yazısını təqdim edir: Geri qayıt |